Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

7 erməni əsgəri yaralandı-Bir gündə

 

 

Azərbaycanın işğal olunmuş ərazilərində yerləşdirilən Ermənistan ordusunun bölmələrində eyni gündə baş verən hadisələr nəticəsində 3 hərbi qulluqçu yaralanıb.

Yenixeber.org: Beşinci dağ atıcı alayının hərbi qulluqçusu Arqişt Hakopyan təhlükəsizlik qaydalarının pozulması, başqa bir hərbi hissənin iki hərbi qulluqçusu isə yol-nəqliyyat qəzası nəticəsində yaralanıb.

Eyni gündə Ermənistan ordusunun dörd hərbi qulluqçusu da minaya düşüb. Yaralanan hərbi qulluqçuların yaxınlarının verdikləri məlumatlardan məlum olur ki, düşmən ordusunun hərbi qulluqçuları mayor Avetik Balayan, Hraçik Köçəryan, baş çavuş Gevorq Ovanesyan və adı açıqlanmayan daha bir əsgər minaya düşdükləri üçün hərbi hospitala yerləşdirilib.

Qohumları yaralıların vəziyyətlərinin ağır olduğunu deyiblər. A.Balayanın və H.Köçəryanın ayaqlarının dizdən aşağı amputasiya edildiyi bildirilib.

Baş vermiş hadisələrlə bağlı hərbi polis tərəfindən araşdırma aparılır.

Ümumilikdə dekabrın ilk 15 günü ərzində düşmən ordusunun qar uçqunu, yol-nəqliyyat qəzası və digər səbəblərdən 7 hərbi qulluqçusu ölüb, təhlükəsizlik qaydalarının pozulması, özünə qəsd, minaya düşmə və digər hadisələr nəticəsində isə 10 hərbçi ağır yaralanıb.

Yalnız 16-17 dekabrda, iki gün ərzində güllə və qəlpə yaraları ilə İrəvandakı hospitala yerləşdirilən əsgərlərin sayının 6 olduğu barədə rəsmi açıqlama verilib.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam