Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Mehriban Əliyeva sədri ilə görüşdə Qarabağ münaqişəsindən danışıb

 

Parisə səfər edən deputat, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva dekabrın 4-də Fransa Senatının sədri Jerar Larşe ilə görüşüb.
"Xeberinfo.com": Məlumata görə, ölkənin birinci xanımı görüşdə Qarabağ münaqişəsinə də toxunub: “Azərbaycan regionda sülhün və sabitliyin bərqərar olmasının tərəfdarıdır. Bu baxımdan Dağlıq Qarabağ münaqişəsinin həlli müstəsna əhəmiyyətə malikdir. Ancaq 23 ildən artıqdır ki, davam edən sülh danışıqları Ermənistanın qeyri-konstruktiv mövqeyinə görə heç bir müsbət nəticə verməyib. Azərbaycan və Ermənistan prezidentlərinin Fransa prezidenti Fransua Olandın təşəbbüsü ilə keçirilmiş Paris görüşündən sonra Ermənistan Azərbaycanın işğal olunmuş torpaqlarında irimiqyaslı hərbi təlimlər keçirib. Bu da Ermənistanın təxribat xarakterli addımı idi. Belə addımlar, sözsüz ki, münaqişənin sülh yolu ilə həllinə əngəl törədir”.
Mehriban Əliyeva Azərbaycanın Qarabağ münaqişəsinin beynəlxalq hüquq normaları əsasında, sülh yolu ilə həllinə tərəfdar olduğunu vurğulayıb, ümidvar olduğunu bildirib ki, münaqişə tezliklə öz ədalətli həllini tapacaq, işğal olunmuş ərazilər azad ediləcək, qaçqın və məcburi köçkünlər doğma yurd-yuvalarına qayıdacaq.
Ölkənin birinci xanımı Milli Məclisdə Azərbaycan-Fransa parlamentlərarası dostluq qrupuna rəhbər

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam