"Qərb artıq Qarabağ münaqişəsinin həlli ilə məşğul olmaq niyətində deyil"
Qarabağ məsələsinin həlli ilə bağlı ciddi addımların açıqlamasını ya Azərbaycan XİN başçılarının Moskva görüşündən və yaxud da prezidentlərin görüşündən sonra gözləyə bilərik.
"Xeberinfo.com": Məlumata görə, bunu açıqlamasına politoloq Mübariz Əhmədoğlu deyib.
“Artıq son hadisələr göstərdi ki, Qərb Qarabağ münaqişəsinin həlli ilə məşğul olmaq niyətində deyil. Baxmayaraq ki, Qarabağ münaqişəsinin həlli ilə bağlı ABŞ və Avropanın əlində kifayətə qədər təsir imkanları var, onlar ermənilərə təzyiq edib problemi həll etmək istəmirlər”, -deyə politoloq qeyd edib.
Bu gün Moskvada RF XİN başçısı Sergey Lavrovla Azərbaycan XİN başçısı Elmar Məmmdəyarov arasında görüş olacaq və bu görüşdə əsas müzakirə olunacaq məsələlərdən biri də Qarabağ məsələsi olcaq.
Onun sözlərin görə, hətta Avropa İtifaqının “Şərq tərəfdaşlığı” proqramına daxil olan ölkələrin Riqa sammitinin yekun Bəyannaməsinə BMT TŞ-nin Dağlıq Qarabağla bağlı qəbul etdiyi 4 qətnamə haqqında fikirlərin salınmasına imkan verilmədi: “Əgər Avropa İttifaqı yekun sənədə BMT TŞ-nin Qarabağla bağlı qəbul etdiyi sənəddən fikri salmıra, o zaman onlardan münaqişənin həlli ilə bağlı müsbət nəticə gözləməyə dəyməz.”
Politoloqun fikrincə, Qərb hesab edir ki, Qarabağ münaqişəsinin həll olunmamış qalası ilk növbədə Rusiyanın maraqlarına ziyan vurur və münaqişənin davam etməsi onun zəifliyinin göstəricisidir: “Ona görə də Qarabağ münaqişəsinin tənzimlənməməsi Qərblə Rusiya arasında geosiuyasi oyuna çevrilib. Zaman keçdikcə Rusiyada da bunu dərk edirlər. Məhz Rusiya XİN-in son açıqlamasında da Azərbaycanın bölgədə özünün vacib strateji tərəfdaşı hesab etməsi o deyəndir ki, artıq Moskva Bakı arasında münasibətlərin böyük gələcəyi var. Rusiya Azərbaycan əlaqələrinin böyük gələcəyi isə böyük inam tələb editr. Böyük inamın formalaşmasında əsas məsələ isə Rusiyanın Qarabağ məsələsinin Azəbaycanın ərazi bütövlüyü çərçivəsində tənzimlənməsində öz töhfəsini verməsidir.”
Politoloq onu da əlavə etdi ki, Qarabağla bağlı növbəti görüş hər iki ölkənin prezidnetlərinin Bakıda keçriləcək görüşündə hərtərəfli müzakirə olunacaq: “Belə ki, Rusiya prezidenti Vladimir Putin Birinci Avropa Oyunlarının açılış mərasimində iştirak etmək üçün Bakıya gələcək və o zaman görüşdə bu məsələ geniş formada bir daha müzakirə olacaq. Ümid edirəm ki, ən ciddi açıqlamaların şahidi o zaman olacağıq.”
M. Əhmədoölu onu da əlavə etdi ki, Azərbaycan prezidenti İlham Əliyevlə Vladimir Putin arasındakı şəxsi əlaqələr də çox yüksək səviyyədədir: “Əgər yadınızdadırsa, Putinin sonuncu dəfə Bakıa səfər edəndə Azərbaycan prezidntinin evində oldu. Bu bir da ha münasibətlərin göstəricisidir. Elə başa düşürəm ki, şəxsi münasibətlər də dövlətlərarası münasibətlərin frmalaşmasına öz müsbət təsirini göstərəcək.”
İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycan torpaqlarına iddiası nəticəsində başalyıb.
Hazırda Azərbaycanaın 20% torpaqları;- Azərbaycanın Dağlıq Qarabağ və ona bitişik yeddi rayonun əraziləri Ermənistanın Silahlı Qüvvələrinin nəzarətindədir.
1994-cü ilin may ayında tərəflər arasında atəşkəs rejimi haqqında sənəd imzalasalar da, münaqişənin sülh yolu ilə həlli istiqamətində ABŞ, Fransa və Rusiaynın həmsədrliyi ilə aparılan ATƏT Misnk qrupunun apardığı danışıqlar prosesi hələ də müsbət nəticə vermir.
BMT Tşəhlükəsizlik Şurasının Ermənistanın Azərbaycanın işğal etdiyi torpaqları dərhal azad edilməsi ilə bağlı qəbul etdiyi dörd qətnamə bu günüə kimi Ermənistan tərəfindən icra olunmur. Beynəlxalq ictimaiyyət isə Ermənistanın beynəlxalq hüquqa olan hörmətsizliyinə biganə yanaşır.
Azərbaycan torpaqlarının işğalı nəticəsində bir milyona yaxın soydaşımız məcburi köçkün və qaçqın həyatını yaşamaqdadır.