Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

KİV daha sadələşdirilmiş vergi ödəyicisi ola bilməyəcək?(ŞƏRH)

 

"Vergilər Məcəlləsinə təklif olunan dəyişikliklər təsdiqlənsə media sadələşdirilmiş vergi uçotunda qala bilməyəcək. KİV xidməti göstərən (qəzetlər, agentlikər və saytlar) həm fərdi sahibkarlar (fiziki şəxslər), həm də hüquqi şəxslər mənfəət vergi ödəyicisinə çevriləcək".

 Yenixeber.org:Bu sözləri ekspert Samir İsmayıl özünün sosial şəbəkədəki hesabında yazıb.

Ekspert vergi qanunvericiliyində KİV-lərlə bağlı gözlənilən dəyişikliklərdən bəhs edən qeydlərini yayımlayıb: "Bu günə kimi yalnız illik dövriyyəsi 200 min manatı keçən KİV reklam xidmətinə görə ƏDV uçotuna dayanırdılar, həm mənfəət, həm də dividend vergisi ödəyirdilər. Məcəllənin yeni redaksiyasında da illik dövriyyənin həcmi dəyişməyib və 218.1.1. maddədə qeyd olunur ki, ƏDV məqsədləri üçün qeydiyyata alınmamış və ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) vergi tutulan əməliyyatların həcmi 200.000 manat və ondan az olan şəxslər sadələşdirilmiş vergi uçotunda qala bilər.

Amma Məcəllənin 218.5.10 maddəsində qeyd olunur ki, vergi ödəyicisi kimi vergi orqanında uçotda olmayan şəxslərə (yəni əhaliyə) göstərilən xidmətlərdən başqa, xidmətlərin göstərilməsini həyata keçirən şəxslər sadələşdirilmiş vergi uçotunda dayana bilməz. Beləlikllə bu gün illik dövriyyəsi 200 min manatdan az olan KİV xidməti göstərən fiziki və hüquqi şəxslər bütün Gəlirlərindən bütün Xərclərini çıxıb, Mənfəəti müəyyən etməli, ondan 20 faiz mənfəət vergisi ödəməli olacaqlar (G – X = M x 20 %).

Onlar daha dövriyyədən nə əvvəlki qaydada 4%, nə də yeni qaydalarla 2% vergi ödəməyəcəklər.

Zəruri qeydlər:

1. Xərclər e-qaimə ilə rəsmləşdirildiyi təqdirdə qəbul ediləcək.

2. İllik dövriyyəsi 200 min manatdan aşağı olan KİV, dövriyyəsi bu məbləği keçən həmkarlarından fərqli olaraq xalis mənfəətdən 10% dividend vergisi ödəməyəcəklər"


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam