Redaktor seçimi
Heydər Əliyevin posterini sökdürən Vüqar Sədiyev bu qədər sərvəti hansı məmurun hesabına əldə edib? -
TALIBOVLAR SƏRVƏTLƏRİNƏ SƏRVƏT QATIRLAR – Məhərrəm Talıbovun oğullarının dəbdəbəli həyatı.../
Zaur Mikayılov iri şəhərlərdə iri məbləğləri belə “yuyur” –
İcra məmurunun oğluna verilən milyonluq tenderlər -
Bakı-Quba yolunun Ziyalı, əməli Saleh olmayan bəxti....
Zaur Mikayılov Eldar Əzizovun kölgəsində “üzür” –
Anar Əlizadəyə Serbiya pasportu nədən verildi - Adı rusiyalı casuslar, müharibə oliqarxları ilə birgə hallanan milyonçu kimdir?/
Saleh Məmmədov dərhal həbs olunmalıdır,... PKK terror təşkilatının missioneridir -
Günün xəbəri

Azərbaycanın inkişaf göstəriciləri

 

Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun Himayəçilik Şurasının üzvü, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının rektoru, professor Urxan Ələkbərov Bilik Fondunda olub. 
"Xeberinfo.com": Bilik Fondunun mətbuat xidmətindən verilən məlumata görə, Fondun icraçı direktoru Oktay Səmədov Urxan Ələkbərovu Fondun kollektivi ilə tanış edib, Himayəçilik Şurasının üzvünə görülən işlər barədə məlumat verib. 
Professor Bilik Fondunun əməkdaşlarına “Davamlı inkişaf naminə səmərəli idarəetmə” mövzusunda treninq keçib. Urxan Ələkbərov deyib ki, ölkəmizin iqtisadi sahədə apardığı islahatları dünyanın aparıcı iqtisadi qurumları yüksək qiymətləndirib. Müstəqil ekspertlərin və beynəlxalq təşkilatların hazırladıqları rəsmi hesabatlardan aydın olur ki, Azərbaycan sürətlə dəyişir və müasirləşir, insanların həyat tərzi durmadan yüksəlir. 
BMT, Dünya Bankı, başqa beynəlxalq təşkilatların, nüfuzlu elmi-analitik mərkəzlərin təsdiq etdiyi rəqəmlərdən hazırlanan inkişaf cədvəlindəki artım tempini diqqətə çatdıran Dövlət İdarəçilik Akademiyasının rektoru əhalinin sağlam və bilikli olmasını uğurlu inkişafın əsas şərtlərindən biri kimi dəyərləndirib. Statistikaya görə, Azərbaycan dünyanın inkişafı cədvəlində ən sürətli inkişaf prosesi keçən ölkələr sırasında ilk yerlərdədir.
Professorun sözlərinə görə, Azərbaycanın inkişafının özəlliyi ondadır ki, son illər xüsusilə intensivləşən və bütün ölkə boyu uğurla həyata keçirilən infrastruktur layihələri, yaradılan yeni sənaye, kənd təsərrüfatı və xidmət müəssisələri ən müasir texnologiyalara əsaslanır.
U.Ələkbərov “qara qızılın” insan kapitalına çevrilməsi prosesini tərəqqinin əsas mənbəyi adlandırıb. 
Bilik Fonduna hərtərəfli dəstək verməyə hazır olduğunu deyən rektor müəllim və tələbələrin maarifçilik işində əməkdaşlığa cəlb edilməsinin vacibliyini vurğulayıb. 
Qərara alınıb ki, yaxın günlərdə Bilik Fondu Dövlət İdarəçilik Akademiyasında  görüş keçirsin. 

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam