Redaktor seçimi
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurmasında YENİ DETALLAR 
Murad Süleymanov susur – Baş həkim(?) Elnarə Canlının ali tibbi təhsili varmı? -
Fermer kartlarından mənimsənilən milyonlar - Vəzifəli şəxslər və saxta terminallar -
Xüsusi Təyinatlı Yol idarəsində xüsusi rejim:
Qida təhlükəsizliyi üzərində qanunsuz “İctimai Şura” eksperimenti - Açıq şəkildə saxtakarlıq/
Anar Əlizadə haqqında ŞOK FAKTLAR - Yarım milyonluq saat, İstanbuldakı mülklər və Adnan Əhmədzadə ilə... /
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin “sehrli” qrant mexanizmi: İrəvan var, Gəncə yox(?) -
Salyanın keçmiş imperatorunun oğlu Rumıniyanı satın aldı -
Günün xəbəri

Azərbaycanın YUNESKO Komissiyasının tərkibi dəyişdi

 

Prezident İlham Əliyev “YUNESKO üzrə Azərbaycan Respublikasının Milli Komissiyası ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 15 sentyabr tarixli 1006 nömrəli sərəncamında dəyişiklik edilməsi barədə sərəncam imzalayıb.

"Xeberinfo.com":  Məlumata görə, sərəncama əsasən, “YUNESKO üzrə Azərbaycan Respublikasının Milli Komissiyası ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 15 sentyabr tarixli 1006 nömrəli sərəncamının 3-cü hissəsi aşağıdakı redaksiyada verilir:

“3. YUNESKO üzrə Azərbaycan Respublikası Milli Komissiyasının aşağıdakı tərkibi müəyyən edilsin:

Komissiyanın sədri

Elmar Məmmədyarov – Azərbaycan Respublikasının xarici işlər naziri

Komissiya sədrinin müavinləri

Akif Əlizadə – Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti
Mikayıl Cabbarov – Azərbaycan Respublikasının təhsil naziri
Əbülfəs Qarayev – Azərbaycan Respublikasının mədəniyyət və turizm naziri
Əli Abbasov – Azərbaycan Respublikasının rabitə və yüksək texnologiyalar naziri

Komissiyanın üzvləri

Kamal Abdullayev – Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Himayəçilər Şurasının sədri
Novruz Məmmədov – Azərbaycan Respublikası Prezidenti Administrasiyası rəhbərinin müavini, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Xarici əlaqələr şöbəsinin müdiri
Fatma Abdullazadə – Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Humanitar siyasət məsələləri şöbəsinin müdiri
Elmira Süleymanova – Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
Hüseynqulu Bağırov – Azərbaycan Respublikasının ekologiya və təbii sərvətlər naziri
Azad Rəhimov – Azərbaycan Respublikasının gənclər və idman naziri
Hicran Hüseynova – Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri
Aslan Aslanov – Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) baş direktoru
Urxan Ələkbərov – Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının rektoru
Samir Nuriyev – Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin rəisi
Zərifə Salahova – Azərbaycan Kitab Cəmiyyətinin sədri”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam