"“Khazar İslands” Azərbaycanda sərmayə qoyuluşu üçün ən cazibədar layihədir"
"Xeberinfo.com": “Avesta Concern”in həyata keçirdiyi “Khazar İslands” layihəsinə Azərbaycanda akkreditasiya olunmuş diplomatik nümayəndəliklər tərəfindən diqqət azalmır və Çin Xalq Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Xun Tsuinin layihə ilə tanış olmaq üçün şəhər-kompleksin inşa edildiyi əraziyə səfər etməsi də bunun bariz göstəricisidir. Səfir Xun Tsuini qarşılayan “Avesta Concern”in prezidenti Hacı İbrahim Nehrəmli hörmətli qonağa rəhbərlik etdiyi şirkət, həyata keçirdiyi layihələr və “Khazar İslands” şəhər-kompleksinin inşaası ilə bağlı geniş məlumat verib. Səfir Xun Tsuini “Khazar İslands” layihəsi haqqında məlumatlı olduğunu, ancaq şəhər-kompleksin inşaası istiqamətində bu qədər işin həyata keçirildiyini təsəvvür etmədiyini, gördüklərinin onda dərin təəssürat yaratdığını qeyd edib. Belə böyük layihəyə imza atdığı üçün Hacı İbrahim Nehrəmlini təbrik edən səfir Xun Tsuini “Khazar İslands” ın Azərbaycan üçün böyük əhəmiyyətə malik olduğunu, bu layihənin qeyri-neft sektorunun, xüsusilə də turizmin inkişafına güclü dəstək verəcəyini qeyd edib. Dünyadakı iqtisadi böhranlara baxmayaraq Azərbaycanın daima inkişaf etdiyini vurğulayan Hacı İbrahim Nehrəmli “Khazar İslands” layihəsinin də bu inkişafın məntiqli nəticəsi olduğunu bildirib. Səfir Xun Tsuini Çinlə Azərbaycan arasında siyasi münasibətlərin çox yüksək səviyyədə olduğunu və bu amilin iqtisadi əlaqələrin inkişafına əsas yaratdığını qeyd edib və ölkəisini təmsil edən şirkətlərinin Azərbaycanda həyata keçirilən böyük layihələrdə yer almasının onda məmnunluq doğrduğunu söyləyib. Çin şirkətlərinin “Khazar İslands” layihəsinə qoşulmasının onlar üçün arzu edilən olduğunu qeyd edən səfir Xun Tsuini bu layihənin Azərbaycanda sərmayə qoyuluşu üçün ən cazibədar layihə olduğunu vurğulayıb. Çin şirkətləri ilə əməkdaşlığa hazır olduğunu bildirən Hacı İbrahim Nehrəmli bu istiqamətdə ilkin addımlar atıldığını qeyd edib və Honq Konqa səfəri zamanı Çinin iki böyük şirkəti, China ZK İnvestment Group və TSG Global şirkətlərinin rəhbərləri ilə danışıqlar apadöqları haqqında səfirə ətraflı məlumat verib. Səfir Xun Tsuini ölkəsinin böyük şirkətlərinin “Khazar İslands” layihəsinə sərmayə qoyması və tikinti işlərində yer alması üçün əlindən gələni edəcəyini vəd edib və bu əlaqələrin ölkələrimiz arasında münsibətlərin inkişafına da öz tövhəsini verəcəyinə əmin olduğunu vurğulayıb.