Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

"Beynəlxalq Bankı məhkəməyə verəcəyəm"

 

Hacı İbrahim Nehrəmli “Bandotdel”ə aparmaları barədə yayılan xəbərlərə aydınlıq gətirib.

"Xeberinfo.com":   Məlumata görə, iş adamı anspress-ə açıqlamasında idarəyə çağrılması barədə deyilənləri əsassız adlandırıb. 


"Dünən mənim işçilərimdən bəzilərini şəxsi kredit borcları olduğu üçün Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə Baş İdarəsindən çağırmışdılar. Lakin bu onların şəxsi borclarıdır. Mənimlə heç bir əlaqəsi yoxdur. Ancaq mənə də dünən axşam saatlarında “Bandotdel”- dən zəng ediblər ki, sabah səhər saatlarında gəlin görüşək. Məndə bu gün görüşmək üçün idarəyə gedəcəm".

Nehrəmli Beynəlxalq banka olan borcunu da açıqlayıb. Onun sözlərinə görə, banka ümumilikdə 450 milyon manat kredit borcu var. 

Beynəlxalq bankdan nümayəndə heyət onun 5 obyektini qiymətləndirib. "Həmin 5 obyektə bankın qoyduğu qiymət 1.5 milyard manat oldu. Əgər bank mənim borclarımı ödəməyimi istəyirsə, gəlib həmin obyektlərimi ala bilər. İki gündən bir “Bandotdel” tərəfindən çağırılmağım doğru deyil. Mən bankı buna görə məhkəməyə verməyə hazırlaşıram".

Xatırladaq ki, “Avesta” konserninin prezidenti, iddialı “Khazar İslands” layihəsinin müəllifi olan Hacı İbrahim Beynəlxalq Banka olan kredit borclarını ödəmədiyi üçün mayın 13-də də “Bandotdel” əməkdaşları tərəfindən saxlanmışdı. Hacı İbrahim bank qarşısındakı öhdəliklərini yerinə yetirməyi vəd edəndən sonra mayın 27-də sərbəst buraxılmışdı.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam