Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Bağdad və kürdlər RAZILAŞDI-neft ixracında

 

Bağdad və kürdlər neft ixracında RAZILAŞDI

İraqın mərkəzi hökuməti və ölkənin şimalındakı kürd muxtariyyətinin rəhbərliyi Kərkük əyalətdə yerləşən yataqlardan neft ixracının yenilənməsi haqqında razılaşma əldə edib.

Yenixeber.org: "RİA-Novosti” agentliyi xəbər verir ki, bu haqda İraqın Neft Nazirliyinin nümayəndəsi Asem Cihad bildirib.

“Bağdad və Ərbil arasında Kərkükdəki neft yataqlarından çıxarılan neftin boru kəməri vasitəsilə Türkiyənin Ceyhan limanına çatdırılması barədə razılıq əldə olundu. Nəql edilən neftin gündəlik həcmi əlli mindən yüz min barrelə qədər təşkil edəcək”, - o deyib.

Xatırladaq ki, kürd muxtariyyətinə bağlı Peşmərgə gücləri 2014-cü ilin iyununda Kərkükü İŞİD terror təşkilatının hücumlarından qorumaq bəhanəsi ilə İraq ordusunun boşaltdığı bölgələrə yerləşmişdi. Kərkük və onun neft yataqları təxminən 3 ildə Ərbilin nəzarəti altında qaldı. 2017-ci il sentyabrın 25-də kürd muxtariyyətinin keçirdiyi qeyri-qanuni müstəqillik referendumundan sonra mərkəzi hökumətin qüvvələri Kərkük və digər mübahisəli bölgələrdə əməliyyat təşkil etdi. Bağdad Kərkük və digər mübahisəli bölgələrdə nəzarəti təmin etdikdən sonra Kərkük neftinin boru xətti ilə Türkiyənin Ceyhan limanına ixracı da təxirə salındı.

Neft İxrac edən Ölkələr Təşkilatının (OPEK) məlumatlarına görə, İraqda 150 milyard barrel neft ehtiyatı var. Kərkük isə Yaxın Şərqdəki ən zəngin neft yataqlarına malikdir. ABŞ-da yerləşən Enerji İnformasiya İdarəsinin məlumatlarına görə, İraq neftinin 18 faizi Kərkükdədir. 2017-ci il oktyabr tarixinə qədər gündəlik 300 min barrel Kərkük nefti boru xətti ilə Ceyhan limanına ixrac edilirdi.

ABŞ-ın “Financial Times” nəşrinin yazdığına görə, Vaşinqton Kərkük neftinin ən qısa müddətdə boru kəməri ilə Türkiyəyə ixrac edilməsi üçün Bağdad rəhbərliyinə təzyiq göstərirdi. Bağdad və Ərbil arasında danışıqlar da məhz Vaşinqtonun təzyiqlərindən sonra sürətlənib.

Qeyd edilir ki, Kərkük yataqlarından çıxarılan neftin dünya bazarına çıxarılması ABŞ-ın İranın energetika sektoruna qarşı sanksiyalarının qüvvəyə minməsindən sonra neftin qiymətlərini sabitləşdirməyə kömək edəcək.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam