Redaktor seçimi
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurmasında YENİ DETALLAR 
Murad Süleymanov susur – Baş həkim(?) Elnarə Canlının ali tibbi təhsili varmı? -
Fermer kartlarından mənimsənilən milyonlar - Vəzifəli şəxslər və saxta terminallar -
Xüsusi Təyinatlı Yol idarəsində xüsusi rejim:
Qida təhlükəsizliyi üzərində qanunsuz “İctimai Şura” eksperimenti - Açıq şəkildə saxtakarlıq/
Anar Əlizadə haqqında ŞOK FAKTLAR - Yarım milyonluq saat, İstanbuldakı mülklər və Adnan Əhmədzadə ilə... /
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin “sehrli” qrant mexanizmi: İrəvan var, Gəncə yox(?) -
Salyanın keçmiş imperatorunun oğlu Rumıniyanı satın aldı -
Günün xəbəri

ABŞ Azərbaycan neftinin idxalını azaldıb

 

2014-cü ilin yanvar-noyabr ayında ABŞ Azərbaycandan 8,4 milyon barelə yaxın neft idxal edib

 

"Xeberinfo.com":  Məlumata görə, bu göstərici 2013-cü ilin analoji dövründə 9,37 milyon barel təşkil edib. 
Trend xəbər verir ki, bu barədə ABŞ-ın Dövlət Enerji İnformasiyaları İdarəsinin (EIA) məlumatında deyilir. 
Məlumatda bildirilir ki, 2014-cü ilin noyabr ayında ABŞ 1,05 milyon barelə yaxın neft idxal edib. 2013-cü ilin analoji dövründə ABŞ Azərbaycandan neft ixrac etməyib.
2013-cü ildə ABŞ Azərbaycandan 10,41 milyon barel neft idxal edib. 2012-ci ildə bu göstərici 8,83 milyon barel olub.
Azərbaycan neftinin nəql edildiyi əsas ixrac marşrutu nefti Türkiyənin Ceyhan limanına çatdıran "Bakı-Tbilisi-Ceyhan" boru kəməridir.
 
Azərbaycanın yüngül nefti, həmçinin "Bakı-Supsa" boru kəməri ilə Gürcüstanın Supsa limanına çatdırılır və oradan nəql edilir.
Neft, həmçinin Bakıdan dəmiryol vasitəsilə Gürcüstanın Batumi Qara dəniz limanına və "Bakı-Novorossiysk" boru kəməri ilə Novorossiysk limanına çatdırılaraq nəql edilir.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam