Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Leyla Yunus ilin sonunadək yaşamayacağını bildirib

Leyla Yunus ilin sonunadək yaşamayacağını bildirib

 

       Bu ilin iyulundan həbsdə olan hüquq müdafiəçisi 13 kilo arıqlayıb

 

    "Xeberinfo.com": Hazırda həbsdə olan Sülh və Demokratiya İnstitutunun rəhbəri Leyla Yunusun səhhətində olan problemlər onun həyatı baxımından təhlükəli hala gəlib. Şəkər xəstəliyindən əziyyət çəkən hüquq müdafiəçisi 13 kilo arıqlayıb və  günbəgün xəstəliyi ağırlaşmaqdadır.
  
Noyabrın 24-də 1 saylı Bakı İstintaq Təcridxanasında Leyla Yunusla görüşən vəkil Elçin Qəmbərov hüquq müdafiəçisinin səhhətinin ağır olması xəbərini təsdiqləyib. Görüşdən sonra vəkil açıqlamasında bunları deyib: “Həbs edildiyi gün onun çəkisi 61 kiloqram idi, indi isə 48 kiloqramdır. Normal yeyə bilmir, gücdən düşüb, boğazındakı ağrılar normal yeməyə imkan vermir, yedikdən sonra qusur. O, həmçinin görüşümüz zamanı ilin sonuna qədər yaşamayacağını dedi. Vəkil Ramiz Məmmədov istintaq təcridxanasına Leyla Yunusun analizlərinin nəticələri haqqında məlumat verilməsi üçün rəsmi sorğu təqdim edib. Lakin istintaq təcridxanasının rəhbərliyi bu sorğunu qeydiyyata almaqdan imtina edib. Bu da birbaşa qanun pozuntusudur".
Hüquq müdafiəçisinin qızı Dinara Yunusova da anasının səhhətində yaranan problemlərlə bağlı öz narahatçılığını dilə gətirib. 
Qeyd edək ki, Leyla Yunus bu ilin iyulunda həbs edilib. O, dövlətə xəyanətdə ittiham olunur. 

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam