Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Leyla Yunusun dedikləri Arif Yunusa tam çatdırılmır

 

 

      Vəkil Xalid Bağırov sentyabrın 25-də Milli Təhlükəsizlik Nazirliyinin təcridxanasında saxlanılan Sülh və Demokratiya İnstitutunun eksperti Arif Yunusa baş çəkib

 

      "Xeberinfo.com": “Media forum” saytına danışan vəkil deyib ki, Arif Yunusun vəziyyəti stabildir: “Saxlanma şəraiti və səhhəti normaldır. Hər hansı şikayəti yoxdur. Yalnız qanunsuz olaraq tutulmasından şikayətçidir”.
      Arif Yunus avqustun 5-də tutulub. Onun həyat yoldaşı, Sülh və Demokratiya İnstitutunun rəhbəri Leyla Yunus da həbsdədir. Leyla Yunus iyulun 30-da həbs edilib. Onlar dövlətə xəyanətdə və maliyyə cinayətlərində ittiham olunurlar. Leyla Yunus Bakı İstintaq Təcridxanasında saxlanılır. Son vaxtlar Leyla Yunus dəfələrlə müdafiəçilərinə bildirib ki, təcridxanada ona mənəvi-psixoloji və fiziki təzyiqlər edilir, ona işgəncə verilir. Ədliyyə Nazirliyinin Penitensiar Xidməti bu xəbərləri təkzib edib.  
     Vəkil Xalid Bağırov açıqlamasında xatırladıb ki, Arif Yunus xəstədir, onun ürəyində ciddi problemlər var: “Buna görə də Leyla Yunusun işgəncəyə məruz qaldığı haqda müdafiəçilərinə dediklərini Arif bəyə tam şəkildə çatdırmırıq. Çünki xəstəliyi ciddidir, belə xəbərlərə dərhal pis reaksiya verə bilər”.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam