Redaktor seçimi
AHİK-də daxili intriqalar pik həddə çatır -
Gəncə Dövlət Universiteti “üfunət qoxuyur”(?)! -
QHT-lərə Dövlət Dəstəyi adı ilə büdcə talançılığı: Korrupsiyanın anatomoyası –
Əli Həsənovun kürəkəninin Avropada biznes şəbəkəsi aşkarlandı -
Biləsuvarda dövlətin pulu könül istəyi ilə xərclənir(?) -
Gəncə Dövlət Universitetində bitməyən "ŞƏNLİK" -
MÜTDA – BŞTİ qarşıdurması kimin dirijor çubuğu ilə idarə olunur? -
Həmkarlar İttifaqı Konfederasiyasını yeni rəhbərlik nazirliyə çevirdi?!.. –
Günün xəbəri

XİN alman şirkətinin adını “qara siyahı”dan çıxardı

462f9c86be4a73ecf2cd1b6da0cf63c4Tibb və sənaye sahəsində istifadə edilməsi üçün avadanlıq və digər məhsulların istehsalı və satışı ilə məşğul olan Almaniyanın “Karl Storz” şirkətinin məsul nümayəndəsi Stefan Dubnak rəsmi məktubla müraciət edərək, təmsil etdiyi şirkətin adının “Ermənistanın işğal etdiyi Azərbaycan Respublikasının ərazilərində iqtisadi və digər qanunsuz fəaliyyət növü ilə məşğul olan xarici dövlətlərin fiziki və hüquqi şəxslər, təşkilat və qurumlarının siyahısı” və həmin şirkətin Ermənistan və Gürcüstan üzrə meneceri Merab Mqaloblişvilinin adının “Azərbaycan Respublikasının işğal edilmiş ərazilərinə qanunsuz səfər etmiş əcnəbilərin siyahısı”ndan çıxarılmasını xahiş edib.
"Xeberinfo.com":   Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, S.Dubnak məktubunda M.Mqaloblişvilinin sözügedən ərazilərə Azərbaycan Respublikasının müvafiq qurumları tərəfindən icazə alınmadan səfər etdiyinə görə üzrxahlığını bildirib.
Həmçinin, S.Dubnak məktubunda BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi məlum qətnamələrə toxunaraq, ölkəmizin ərazi bütövlüyü, suverenliyi, beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına hörmət ifadə edib və Ermənistanın Azərbaycan ərazilərinin işğalı faktını pisləyib.
S.Dubnak təmsil etdiyi şirkətin qanunsuz fəaliyyətə cəlb edilməsinə və şirkət nümayəndəsinin qanunsuz səfərinə dair peşmançılıq ifadə edərək, şirkət tərəfindən həmin ərazilərdə bütün fəaliyyətin artıq dayandırıldığını bildirib və gələcəkdə bu kimi qanun pozuntusuna heç bir halda yol verilməyəcəyinə dair öhdəlik götürüb.
S.Dubnak əlavə olaraq, M.Mqaloblişvili tərəfindən də Azərbaycan tərəfinin tələblərinə uyğun rəsmi məktub ünvanlayıb.
“Karl Storz” şirkəti və M.Mqaloblişvili müraciəti müvafiq qaydada nəzərdən keçirilib və şirkət və nümayəndəsinin adlarının müvafiq siyahılardan çıxarılması barəsində qərar qəbul edilib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam