Redaktor seçimi
111№-li məktəbin 1№-li problemi:
Məmur QHT-si, dövlət qrantı və korrupsiya: Agentlik kimi qoruyur?-
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurması yenidən başladı: 
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini kofe aparatlarında "əridir" -
Qrant layihələri vaxtı bitən kampaniyalar kimi...-
“Azergold”da növbəti tender müəmması -
Musiqi məktəbinin ali təhsilli müəllimindən Adil Kərimliyə müraciət:
Gəncə Dövlət Universiteti rektorunun qapısında təhqir maşını...-
Günün xəbəri

Səudiyyə Ərəbistanı şahzadələri itkin düşüblər

 

 

Səudiyyə Ərəbistanının bəzi şahzadələrinin də Krallığınİstanbuldakı Baş Konsulluğunda itkin düşmüşjurnalist Camal Qaşıqçının taleyini yaşadığı məlum olub.

Yenixeber.org: “Haber7” xəbər verir ki, kral Fəthin qardaşı oğlu, monarxiyaya qarşı müxalif dünya görüşlü şahzadə Sultan bin-Türki 2003-cü ildə İsveçrəyə qaçırılıb. Onun maskalı adamlara qaçırılmasını sifariş verən isə əmisi oğlu şahzadə Abduləziz olub.

2010-cu ildə ABŞ-a müalicə məqsədi ilə səfər etmiş şahzadə Sultan oradan Avropaya qaçıb. 2016-cı ildə isə Səudiyyə Ərəbistanının kəşfiyyatı tərəfindən Parisə qaçırılıb.

Şahzadə Türki bin-Bəndər Səudiyyə Ərəbistanında miras məsələsi ilə bağlı bir müddət həbsxanada saxlanılıb. Həbsdən sonra Avropada yaşayıb. Orada Səudiyyə Ərəbistanı kral ailəsi ilə bağlı “Korrupsiyalarınızı açıqlayaram” adı altında videoçarxlar hazırlayıb. 2015-ci ildə isə Avropada itkin düşüb. Mərakeşdən Fransaya qayıdarkən şahzadənin mərakeşli məsul şəxslər tərəfindən Səudiyyə Ərəbistanına təslim edildiyi ehtimal olunur.

Şahzadə Səud bin Saif əl-Nasr İtaliyada yaşayıb. O və ailəsi Misirin keçmiş prezidenti Hüsnü Mübarək hakimiyyətinin devrilməsini dəstəklədiyi deyilir. Şahzadə Səudun Krallığın kəşfiyyatı tərəfindən Ər-Riyada qaçırıldığı vurğulanıb.

Loujaian əl-Hathloul Səudiyyə Ərəbistanında qadın hüquqlarının müdafiəsi ilə məşğul olub. Birləşmiş Ərəb Əmirliklərində tutularaq Krallığa aparılıb. 

Hətta Livanın Baş naziri Rafik Haririnin Krallığın paytaxtı Ər-Riyadda həbs olunduğu, istefa verməyə məcbur edildiyi və beynəlxalq qalmaqaldan sonra sərbəst buraxıldığı bildirilib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam