Redaktor seçimi
“Antikorrupsiya məzunu”nun paradoksu: Yalçın Rəfiyevin ailə şirkətləri dövlət tenderlərini necə qazanır? -
QHT-lərə Dövlət Dəstəyi Agentliyində daha bir MÜƏMMA:
Deputat Şahin İsmayılovu Ramiz Mehdiyevə nələr bağlayır?!: QHT şəbəkəsinin daha bir üzvü ifşa olundu -
Ramiz Mehdiyevin media və QHT sektoruna nüfuzu…-
Hökməlidə hökm sahibi Güləhməd Xəlilovdur(?)! –
Aygün Əliyevanın Prezidentin sabiq mətbuat katibinə “dostluq sədaqəti” –
QHT-lərə Dövlət Dəstəyi Agentliyində Şeyx Nəsrullah ruhu:
Yusif Yusibovu Ramiz Mehdiyevlə nə bağlayır(?)! –
Günün xəbəri

Avtobus qəzasına görə “Dəmir Yolları” QSC-nin əməkdaşı istintaqa cəlb edilib

 

 

 Bakıda qatarla avtobusun toqquşması faktına görə daha bir nəfər istintaqa cəlb edilib.

Yenixeber.org: Məlumata görə, faktla bağlı başlanmış cinayət işi üzrə hadisə baş verən (qorunan) keçidin növbətçisi Qabil Fərrux oğlu Rzayev istintaqa çağırılaraq ifadəsi alınıb.

Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) Mətbuat xidmətinin rəhbəri Sevinc Qədirova faktı təsdiqləyib. Bildirib ki, qorunan keçidin növbətçisi Q. Rzayev iş üzrə dindirildikdən sonra sərbəst buraxılıb.

Qeyd edək ki, oktyabrın 1-də saat 14 radələrində Xəzər rayonunun Binə qəsəbəsi ərazisində qəsəbə sakini, əvvəllər məhkum olunmuş Əlixan Şirəliyev idarə etdiyi “Daewoo” markalı 160 saylı xətt avtobusunu qorunan keçiddə hərəkətdə olan elektrovoza vurub. Nəticədə sürücü və 42 sərnişini xəstəxanaya yerləşdirilib, onlardan Şakir Əliyev və Yusif Dadaşzadə orada ölüblər. Faktla bağlı Daxili İşlər Nazirliyinin Nəqliyyatda Baş Polis İdarəsinin Dəmir Yolu Nəqliyyatında Polis İdarəsində cinayət işi başlanıb.(report)

Hafiz Heydərov


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam