Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

DƏHŞƏTLİ QƏZAYA GÖRƏ MƏSULİYYƏTİ KİM DAŞIYIR? –Narkoman sürücü, yoxsa “Azərbaycan Dəmir Yolları”? (VİDEO)

1a

Məlum olduğu kimi, oktyabrın 1-də Xəzər rayonunun Binə qəsəbəsində dəhşətli qəza baş verib. Təxminən saat 14:00 radələrində 160 saylı xətt marşrutu üzrə hərəkət edən “Daewoo” markalı sərnişin avtobusu ilə qatar toqquşub.

Yenixeber.org: Nəticədə sürücü və 42 sərnişini xəstəxanaya yerləşdirilib, onlardan 2 nəfəri – Şakir Əliyev və Yusif Dadaşzadə orada ölüblər. 20 nəfər isə xəsarət alıb. Hadisə ilə bağlı Nəqliyyatda Baş Polis İdarəsi tərəfindən araşdırma aparılır.

Ancaq hələ araşdırmanın nəticəsi elan olunmamış qəzaya görə avtobusun sürücüsü günahkar elan olunub. Ağır qəza törədən avtobus sürücüsünün narkoman olduğu, bundan əvvəl də qəza törətdiyi üçün həbsdə “yatdığı” bəyan edilib. Bununla, sanki kimlərsə hadisənin bütün məsuliyyətini sürücüyə “yükləmək” istəyir.  Əlbəttə, qəzada əsas günahkarın sürücü olduğu mübahisə doğurmur. Ancaq hələlik 2 nəfərin ölümü ilə (5 nəfər reanimasiyada ağır vəziyyətdədir-red.) nəticələnən bu dəhşətli qəzanın tək günahkarı sürücü deyil.

Həmin sürücünü işə götürəm “Ayşən” MMC-nin rəhbərliyi də, qatarın hərəkəti zamanı yolun bağlanmasını təmin etməyən “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin məsul şəxsləri də ən azı sürücü qədər məsuliyyət daşıyırlar. Bəlkə də kiminsə məsuliyyət payı hətta daha çoxdur, amma bunu istintaq üzə çıxarmalıdır.

Maraqlıdır ki, hadisdən sonra mətbuata açıqlama verən “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Sevinc Qədirova deyib ki, avtobusu idarə edən sürücü giriş qadağan olduğu halda qorunan əraziyə daxil olub: “Həmin ərazi qorunan hissədir. Ərazidə dəmir yoluna giriş şlaqbaumları hər iki tərəfdə bağlı olub. Orada qatarın sürəti 40 km/saat göstərilsə də, hərəkətdə olan qatarın sürəti 30 km/saat olub. Avtobus sürücüsü şlaqbaumların bağlı olmasına baxmayaraq, qatar yoluna çıxıb və toqquşub. Hazırda hadisə yerində araşdırmalar aparılır”.

2a

Ancaq bu gün yayılan və qəzanın baş verdiyini anbaan əks etdirən videoda şlaqbaumun olmadığı görünür. Videoçəkilişdən açıq görünür ki, dəmir yoluna giriş şlaqbaumları bağlı olmayıb. Ən azı avtobusun hərəkət etdiyi istiqamətdə şlaqbaum görünmür. Ancaq qəribə də olsa “Azərbaycan Dəmir Yolları” QSC bunu qəbul etmək istəmir.  Qurumun mətbuat xidmətinin rəhbəri Sevinc Qədirova BakuPost-a açıqlamasında deyib ki, həmin görüntülərə baxış keçirilib. Amma görüntü keyfiyyətsiz olduğundan şlaqbaumun açıq və ya bağlı olduğunu müəyyən etmək mümkün olmayıb. O, şlaqbaumların nazik olduğunu qeyd edib: “Ona görə də uzaqməsafəli çəkilişdə şlaqbaumlar görünməmiş ola bilər. Hazırda daha keyfiyyətli görüntülər əldə etməyə çalışırıq. Keyfiyyətli görüntülər əldə etdikdən sonra bu haqda ictimaiyyətə daha dəqiq məlumat verəcəyik. Araşdırma aparılır”.

Göründüyü kimi, videodan şlaqbaumun bağlı olmadığı açıq şəkildə göründüyü halda “Azərbaycan Dəmir Yolları” QSC bunu qəbul etmək istəmir. Halbuki, bunu müəyyən etmək elə də çətin deyil. Hadisənin çoxsaylı şahidləri var, avtobusda 40-dan artıq sərnişin olub, onlardan öyrənmək olar.

İkincisi,  şlaqbaum bağlı olsaydı, yolda hərəkət edən avtomobillərdən ən azı biri orada dayanmış olardı. Ancaq videodan görünür ki, həmin yerdə digər avtomobillər qarşıda heç bir maneə görmədiklərindən  sərbəst hərəkət edirlər.

Üçüncüsü, şlaqbaum əgər bağlı olsaydı və hətta sürücü buna rəğmən avtobusu hərəkət etdirsəydi, şlaqbaumu qırıb keçməli idi. Ancaq videodan avtobusun asta sürətlə heç bir maneəyə toxunmadan hərəkət etdiyi aydın görünür.

Fikrimizcə, “Azərbaycan Dəmir Yolları” QSC-nin  şlaqbaumun bağlı olmamasını qəbul etməməsi heç də təsadüfi deyil.

4s

Məsələ ondadır ki, şlaqbaumun bağlı olmaması qəzada “Azərbaycan Dəmir Yolları” QSC-nin də məsuliyyətini yaradır. Bu isə qəza zamanı həyatını itirənlərin, eləcə də xəsarət alanların, həmçinin avtobusun aid olduğu şirkətin  “Azərbaycan Dəmir Yolları” QSC-yə böyük həcmdə kompensasiya iddiaları qaldırmalarına əsas verir.Hətta Azərbaycan məhkəmələri bu iddiaları təmin etməsə belə, beynəlxalq məhkəmələr Cavid Qurbanovun idarəsinə vətəndaşlara böyük həcmdə cərimə ödətdirə bilər. Baxmayaraq ki, heç bir cərimə itirilən həyatları geri qaytarmır.

Rasim
AzPolitika.info

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam