Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

”Azərbaycan əsilli olduğumuz üçün ermənilər 16 yaşlı oğlumu casus sayır...”-Yerevan həbsxanasında Umudu döyüblər

 

Bu il iyul ayının 24-də Qars vilayətinin Akyaka qəsəbəsində azaraq Ermənistan sərhədini keçən və Rusiya sərhədçiləri tərəfindən tutulub ermənilərə təhvil verilən 16 yaşlı Umut Ali Özmen Yerevan həbsxanasında döyülüb. Türkiyə mənbələri xəbər verir ki, bu haqda yeniyetmənin atası Mustafa Özmen deyib.

Qars valisi Rahmi Doğanın bildirdiyinə görə yeniyetmənin geri qaytarılması üçün İnterpol üzərindən danışıqlar gedir. İnterpolun Türkiyə bürosu bu həftənin əvvəlində Ermənistan İnterpolu ilə təmas qurub, gözlənilir ki, gələn həftənin əvvəllərində Umut buraxılacaq və Türkiyəyə qaytarılacaq.

Yeniyetmənin atası Mustafa Özmen isə bildirib ki, peşə məktəbinin ikinci sinfində təhsil alan oğlu Kiçik Durduran kəndinin yaylağında heyvan otararkən qarşıdakı təpənin arxasında nə olduğu ilə maraqlanıb. Bu vaxt bilmədən Ermənistan sərhədini keçib. Həmin vaxt yaxınlıqda taxıl biçən erməni bu haqda sərhədçilərə xəbər verib. Rusiya əsgərləri gəlib və yeniyetmə qorxaraq uzaqlaşıb, daha sonra əsgərlərə təslim olub. Onu Yerevanda həbsxanaya salıblar.

Vali Doğan deyib ki, gəncin Ermənistana keçməsindən xəbər tutan kimi bu ölkənin rəsmi məqamları ilə əlaqə saxlayıblar. Erməni tərəfi isə məsələnin diplomatik yolla həll olunacağını deyiblər. Bildiriblər ki, məsələnin “başqa tərəfləri də var”. Nəticədə Türkiyə XİN-ə və Daxili İşlər Nazirliyinə müraciət edilib. İşə İnterpolun Türkiyə bürosu qoşulub.

“Sərhədi icazəsiz keçmə faktı var, amma sonda söhbət 18 yaşından kiçik birindən gedir. Normal halda biz bu cür icazəsiz sərhəd keçişlərini iki ölkə rəsmi məqamları arasında görüşmələrlə həll edə bilirdik. Amma bu dəfə Ermənistan məsələnin diplomatik yolla həllini tələb edib”-vali deyib.

Mustafa Özmenin bildirdiyinə görə, o Yerevana gedərək oğlu ilə həbsxanada görüşüb. O deyib ki, Azərbaycan əsilli olduqları üçün ermənilər oğlunun “casus olmasından” şübhələnir.

“Mən oğlumla görüşənə qədər sağlıq durumu normal idi. Amma mən qayıtdıqdan sonra uşağı iki dəfə döyüblər, yumruqla, təpiklə vurublar. Ankarada olduğum üçün qayıda bilmədim, amma indi dövlətimizdən yardım istəyirəm”-Mustafa Özmen bildirib.(virtualaz)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam