Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

İraq Kürdüstanı:"Məsud Bərzani mandatının uzadılmasını istəmir"

İraq Kürdüstanı:

 

İraqın kürd muxtar vilayətinin rəhbəri Məsud Bərzani regional parlamentə məktubunda noyabrda mandatı bitdikdən sonra postunda qalmaqdan imtina etdiyini bildirib

 

Yenixeber.org: Bu barədə kürd liderinin müşaviri öz Twitter səhifəsində yazıb. Onun sözlərinə görə, parlament Bərzaninin səlahiyyət müddətini iki dəfə uzadıb. Bu dəfə isə o, mandatını uzatmaqdan, yaxud mövcud qanunvericiliyə düzəliş olunmasından imtina edib.

Bazar günü kürd parlamentinin 2005-ci ildən regiona rəhbərlik edən Bərzaninin müraciətini müzakirə edəcəyi gözlənilir. Əldə olan məlumata əsasən, sənəddə siyasətçi öz səlahiyyətlərinin parlament və hökumət arasında bölünməsi planını irəli sürüb. O, əvvəllər də dəfələrlə bəyan etmişdi ki, müstəqillik haqqında referendumdan və mandatının bitməsindən sonra postunda qalmaq niyyətində deyil.

 

Xatırladaq ki, Kürdüstan Demokratik Partiyasının lideri Məsud Bərzani 2005-ci ilin iyununda regional parlamentdə, 2009-cu ildə isə birbaşa seçkilərdə muxtariyyətin rəhbəri seçilib. Həmin vaxtdan bəri onun mandatı bir neçə dəfə uzadılıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam