Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

“Space” və “Lider” TV işçilərinə aylardır maaş vermir 

 

"Space" TV

 

 Bu ilin yanvarından “Lider” telekanalının əməkdaşları maaşlarını ala bilmirlər. 

Yenixeber.org: Verilən xəbərə görə, yanvara qədər işçilərə verilən əmək haqlarının yarısı kart, yarısı əlbəəl ödənilirdi.

İlin ilk ayından televiziya işçiləri maaşlarını kartla almağa başlayıblar ki, bu da cəmi aylıq 200 manatdır. Son iki ayda isə kartdan yalnız 100 manat çıxara biliblər.

 Maaşların vaxtında verilməməsi heç bir səbəblə izah olunmur və problemin həll olunacağına vəd verilir. Amma 9 aydır ki, işçilər pulsuz qalıblar.

Narazı işçilər telekanal rəhbəri Ədalət Əliyevin qəbulunda olmaq istəsələr də, köməkçiləri onları içəri buraxmayıblar. Şikayət edənlərdən isə bəziləri işdən azad olunub.

Əldə etdiyimiz xəbərə görə, eyni problem “Space” telekanalında da yaşanır. Telekanal əməkdaşları 4 aydır ki, maaş almırlar. Onlara maliyyə probleminin olduğu və yoluna qoyulacağı söz verilə də, maydan bəri işçilər əmək haqlarını ala bilmirlər. (AzEuroNews.com) 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam