Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Şəhid ailələri ilə bağlı təklif

 

“Şəhid ailələri və məcburi köçkünlərin dövlət qayğısına ehtiyacı var. Büdcədən ayrılan vəsaitlər isə sosial vəziyyəti aşağı olan təbəqəyə kifayət etmir”.

"Xeberinfo.com": Məlumata görə, bunu millət vəkili Qüdrət Həsənquliyev Milli Məclisin plenar iclasında 2015-ci il dövlət büdcəsinin müzakirəsi zamanı deyib. O bildirib ki, ayrılan vəsaitlərlə şəhid ailələri və məcburi köçkünləri mənzillə təmin etmək, yalnız 15 ilə mümkün ola bilər. Deputat qeyd edir ki, şəhid ailələri və məcburi köçkünlər üçün ayrılan vəsaitlər təxminən 2-3 dəfə artırılmalıdır.

İcbari sığorta ilə bağlı da danışan millət vəkili baş nazirin müavinin icbari sığorta ilə bağlı açıqlamasını xatırladıb: “Əli Əhmədov qeyd etmişdi ki, tezliklə bu sistem tətbiq olunacaq. Ancaq görünür hələlik mənfi nüanslar bu sistemin tətbiqinə imkan vermir. Hər halda ASAN Xidmət kimi unikal bir sistemin yaradılması ilə bir çox ciddi problemləri həll etmək mümkün oldu. Düşünürəm ki, belə bir sistemi tibbi sahədə də tətbiq etmək olar”.

Deputat qeyd etdi ki, ölkəmizin dövlət büdcəsi əhali üçün kifayət etmir. Büdcəni artırmaq üçün iqtisadiyyatı inkişaf etdirmək lazımdır: “Ucqar rayonlara investisiya qoyuluşunu stimullaşdırmaq üçün bir sıra güzəştlər edilməlidir. Bununla yanaşı vətəndaşlıq cəmiyyətinin də inkişafına diqqət yetirilməlidir”.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam