Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Daha bir azərbaycanlı xanım İsveçdə deputat seçildi

Daha bir azərbaycanlı xanım İsveçdə deputat seçildi

İsveç Sosial-Demokratlar Partiyasının fəalı İradə Əliyeva Söderberq Jönköpinq region parlamentinə millət vəkili seçilib
Yenixeber.org:  Bu barədə  diaspor üzrə araşdırmaçı- jurnalist Elnur Eltürk məlumat verib

Qeyd edilib ki, İradə Əliyeva 2004-cü ildən İsveçdə yaşayır. 2007-ci ildən İsveçın ən böyük partiyası olan Sosial- Demokratlar Partiyasının fəal üzvüdür. 2010-cu ildə seçkilərdə Jönköpinqs landsting (əyalət) parlamentinə namizədliyimi verib və həmin əyalət parlamentinə seçilib. Bundan başqa 2010-2014-cü illərdə Jönköpinq bələdiyyəsinin Təhsil və İş Bazarı Komissiyasının üzvü, Sosial- Demokrat Qadınlar Cəmiyyətinin idarə heyətinin üzvüdür.

Məlumat üçün bildirək ki, Jönköpinq şəhərinin 145000 əhalisi var. Jönköpinq region, yəni əyalət 13 bələdiyyəni əhatə edir və 350000 əhalisi var. Jönköpinq region(əyalət) parlamentində 81 nəfər deputat var və İradə Əliyeva onlardan biridir. O, bu ilki seçkilərdə yenidən namizədliyini verib və Jönköpinq region( əyalət) parlamentinə deputat seçilib.

Hazırda seçkilərdən sonra müxtəlif komissiya və idarə heyətlərinə üzvlərin seçilməsi prosesi davam edir və təxminən noyabr ayının axırlarında hansı komissiya və idarə heyətlərinə daxil olduğu bilənəcək.

İradə Əliyevanın 2012-ci ildən özünə məxsis sosial, hüquqi və iqtisadi məsələlər üzrə məsləhətçi (konsult) şirkəti var.2013- cü ildə qadın cəmiyyəti yaradıb. Bu cəmiyyətdə müxtəlif millətlərdən olan qadınlar təmsil olunur. Cəmiyyətin məqsədi qadınların bir-birinə kömək etməsi, çətin vəziyyətlərdə dayaq olmasıdır.

Xatırladaq ki, o,əslən Ağdamın Mərzili kəndindəndir. İki övladı var. Qızının 20, oğlunun 13 yaşı var. Qızı da siyasətlə maraqlanır və bu ilki seçkilərdə fəal iştirakçılardan biri olub. Azərbaycan Neft və Kimya İnstitunun muhəndis- igtisad fakültəsini bitirib. Bakıda yaşadığı müddətdə müxtəlif vəzifələrdə çalışıb.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam