Azərbaycanda qadınlar ictimai həyatın hər məqamında özlərinə yer tuta bilirlər

 

Bəziləri siyasətlə məşğul olur, bir çoxlarına yüksək vəzifələr həvalə edilir. Yəqin ki, qadınların hər sahəyə xüsusi məsuliyyəti, əlləri dəyən hər işin yolunda getməsi onların əsl vəzifə adamı olduqlarının göstəricisidir.

Yenixeber.org: hazırda yüksək vəzifədə olan, dövlətin idarə edilməsində payı olan xanımlarımız barədə araşdırma aparıb:

Mehriban Əliyeva

O, 2002-ci ildə Azərbaycan Gimnastika Federasiyasının prezidenti seçilib. 2004-cü ildə fəaliyyətə başlayan Heydər Əliyev fondunun rəhbəridir. 2004-cü ildən Yeni Azərbaycan Partiyası (YAP) Siyasi Şurasının üzvü, 2013-cü ildən partiyanın sədr müavinidir. 2005, 2010 və 2015-ci illərdə Azərbaycan Respublikasının Milli Məclisinə keçirilən seçkilərdə namizədliyi Yeni Azərbaycan Partiyası tərəfindən 14 saylı Xəzər ikinci seçki dairəsindən irəli sürülmüş Mehriban Əliyeva müvafiq olaraq 92,12% (23 106 səs), 94,49% (31 797 səs) və 96,7% (38 029 səs) səs toplayaraq deputat seçilib. 2017-ci il fevralın 21-də Prezident İlham Əliyevin sərəncamı ilə Azərbaycanın Birinci vitse-prezidenti təyin edilib.

Gülməmmədova İradə

1986-1995-ci illərdə Balakən rayon xəstəxanasında  həkim “pediatr-neonotaloq” ,1995-2006-cı ilərdə Abşeron rayon uşaq polikilinikasında baş həkim, 2006-2014-cü illərdə Abşeron rayon İcra Hakimiyyətində Başçının müavini – İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri, 2014-2015-ci illərdə Abşeron rayon İcra Hakimiyyətində Başçının 1-ci müavini vəzifəsində çalışıb.

2015-ci il  2 sentyabr tarixində  Azərbaycan Respublikası Prezidentinin  Sərncamı ilə İradə Akif qızı Gülməmmədova Abşeron Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilib və artıq 3 ildir ki, bu vəzifəni yerinə yetirir. Abşeron rayonunun sosial-iqtisadi inkişafında  xidmətlərinə görə Azərbaycan Respublikası Prezidentinin 26 dekabr 2012-ci il tarixli Sərəncamı ilə  “Tərəqqi” medalı ilə təltif olunub.

Bahar Muradova

2005-ci il dekabrın 2-dən Azərbaycan Respublikası Milli Məclisi Sədrinin müavinidir. Siyasi elmlər üzrə fəlsəfə doktorudur. Dünya Azərbaycanlıları Əlaqələndirmə Şurasının üzvüdür. 1995–2009-cu illərdə YAP-ın Qadınlar Şurası sədrinin müavini, 1999–2005-ci illərdə YAP-ın icra katibinin müavini olub. 2013-cü ildən YAP-ın Beynəlxalq əlaqələr komissiyasının sədridir. Yeni Azərbaycan Partiyası Siyasi Şurasının və İdarə Heyətinin üzvüdür. Milli Məclisin İnsan hüquqları komitəsinin sədridir. Azərbaycan-İsveçrə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəridir. ATƏT-in Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin rəhbəridir.

Məhəbbət Vəliyeva

1991-2003-cü illərdə Səbail rayonu 190 nömrəli tam orta məktəbdə müəllim, 2003-2008-ci illərdə “XXI əsr” Ümumtəhsil Mərkəzində təlim-tərbiyə işləri üzrə direktor müavini, 2008-2014-cü illərdə akademik Zərifə Əliyeva adına liseyin direktoru vəzifəsində çalışıb.

Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 25 sentyabr tarixli sərəncamı ilə “Azərbaycan Respublikasının əməkdar müəllimi” fəxri adına layiq görülüb. Psixologiya üzrə fəlsəfə doktorudur. 2014-cü ildən etibarən Bakı Şəhəri üzrə Təhsil İdarəsində müdir müavini kimi fəaliyyət göstərib. Təhsil nazirinin 28 dekabr 2015-ci il tarixli nömrəli əmrinə əsasən, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri vəzifəsinə təyin edilib. Hazırda Təhsil nazirinin müavinidir.

Nigar Əliyeva

Səhiyyə nazirinin müavini Nigar Əliyeva 1992-1993-cü illərdə Bakı şəhəri 5 nömrəli Şəhər Klinik Xəstəxanasında “terapiya” ixtisası üzrə internatura keçib. 1993-cü ildən Respublika Diaqnostika Mərkəzində həkim fəaliyyətinə başlayıb və həmin müəssisədə 2006-cı ilədək həkim-terapevt vəzifəsində çalışıb.

2006-cı ildə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Ümumi şöbənin müdiri vəzifəsinə təyin edilib. 2006-cı ildə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında “Dövlət sosial siyasəti: mahiyyət, prioritetlər və həyata keçirilmə mexanizmləri” proqramı üzrə ixtisasartırma kursu keçib. 2009-cu ildən bu günə kimi Azərbaycan Respublikasının səhiyyə nazirinin müavini vəzifəsində çalışır. 2013-cü ildə “Səhiyyə əlaçısı” döş nişanı ilə təltif edilib. 2016-cı ildə Əməkdar həkim fəxri adı ilə təltif edilib.

Sevinc Həsənova

Sevinc HÉsÉnova ile ilgili görsel sonucu

İqtisadiyyat nazirinin müavini Sevinc Həsənova əmək fəaliyyətinə 1993-cü ildə Maliyyə Nazirliyinin Baş Büdcə İdarəsində iqtisadçı kimi başlayıb. 1993-2006-cı illərdə Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Baş Büdcə İdarəsi və Baş Dövlət Xəzinədarlığında iqtisadçı, baş iqtisadçı, şöbə müdiri vəzifələrində çalışıb, Nazirliyin Makroiqtisadi Siyasət Qrupunun üzvü olub, beynəlxalq təşkilatların dövlət investisiyaları, inkişafın proqramlaşdırılması üzrə layihələrində iştirak edib. Azərbaycan Respublikası Prezidentinin 6 iyul 2006-cı il tarixli Sərəncamı ilə Azərbaycan Respublikası iqtisadi inkişaf nazirinin müavini vəzifəsinə təyin olunub. Azərbaycan Respublikası Nazirlər Kabinetinin sərəncamı ilə 2008-ci ildə makroiqtisadi çərçivəsində müəyyən olunması üzrə komissiyanın sədri olub.

2016-cı ildən Azərbaycan Respublikasının iqtisadiyyat nazirinin müavini vəzifəsinə təyin edilib.

Hicran Hüseynova

Hicran Hüseynova ile ilgili görsel sonucu

Hüseynova 2006-cı ildən Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət komitəsinin sədri vəzifəsində çalışır. 1977-ci ildə 189 saylı orta məktəbdə müəllim kimi peşə fəaliyyətinə başlayıb. 1999-2003-cü illərdə Azərbaycan Respublikası Qadın Problemləri üzrə Dövlət Komitəsində “Beynəlxalq münasibətlər və informasiya” şöbəsinin müdiri işləyib. Gender problemləri üzrə Avropa Şurasının və ATƏT-in ekspertidir. 2011-ci ildə Fransa Prezidenti tərəfindən “Fransanın Milli Fəxri Legion Ordeninin zabit rütbəsi” ilə təltif edilib. 2015-ci ildə “Şöhrət” ordeninə layiq görülüb.