Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Avropa şirkətlərinin 31%-i Maliyyə Bazarlarına Nəzarət Palatasının fəaliyyətindən narazıdır

 Azərbaycanda fəaliyyət göstərən Avropa İttifaqının (Aİ) 100-dən artıq şirkəti Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) fəaliyyətini səmərəsiz hesab edir

Yenixeber.org: Bu, Alman-Azərbaycan Xarici Ticarət Palatasının (AHK Azərbaycan) və Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyinin dəstəyi ilə keçirilən sorğunun nəticəsində məlum olub. Sorğu 27 Aİ ölkəsini əhatə edən 400-ə yaxın şirkət arasında keçirilib.
Sorğunun nəticəsinə görə, sahibkarların 31%-i MBNP-nin fəaliyyətini səmərəsiz hesab edir. Onların 82%-i isə ASAN e-viza portalının effektivliyini yüksək qiymətləndirir.
Respondentlərin 50%-i bu il iqtisadi perspektivlərin yaxşılaşacağını gözləyir, 53%-i isə biznes fəaliyyətini genişləndirməyi planlaşdırır. Həmçinin 35% sorğu iştirakçısı işçilərinin sayını artırmağı, 36%-i kapital xərclərini artırmağı planlaşdırır. 48% respondent isə gəlirlərinin artacağını düşünür.
Aİ şirkətləri ölkədə bir sıra vacib sahələrdə islahat da təklif edib: “20% vergi sistemində, 17% gömrük sistemində islahat istəyir. Hüquq sistemi və təhsil sistemində islahat istəyənlərin həcmi isə 12%-dir”.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam