Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Dövlət Əməyin Mühafizəsi Fondu yaradılacaq

 

 

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Əməyin Mühafizəsi Fondu yaradılacaq. 

Yenixeber.org: Bu barədə Nazirlikdən məlumat verilib.

Bildirilib ki, Nazirlik tərəfindən Fondun Əsasnamə layihəsi hazırlanaraq baxılması üçün aidiyyəti qurumlara təqdim olunub.

Dövlət Əməyin Mühafizəsi Fondu əməyin mühafizəsi sahəsində vahid dövlət siyasətinə uyğun olaraq həyata keçirilən əməyin mühafizəsi tədbirlərinə maddi-texniki dəstək verəcək.

Fond əməyin mühafizəsi sahəsində fəaliyyətin əlaqələndirilməsini təmin etməklə bu sahədə profilaktik tədbirlərin həyata keçirilməsini, əməyin mühafizəsi normaları, standartları və qaydalarının hazırlanmasını dəstəkləyəcək. Müvafiq sahə üzrə mütəxəssislərin hazırlanmasının, əməyin mühafizəsi sahəsində təbliğat-maarifləndirmə işlərinin təşkili, işçilərin istehsalatda bədbəxt hadisələrdən və peşə xəstəliklərindən icbari sığorta edilməsinin təbliği və s. fondun fəaliyyət istiqamətləri olacaq.

Qeyri-kommersiya qurumu kimi təşkil ediləcək fond dövlət və yerli özünüidarəetmə orqanları, beynəlxalq və qeyri-hökumət təşkilatları, digər hüquqi və fiziki şəxslər ilə qarşılıqlı əlaqədə fəaliyyət göstərəcək.

Qeyd edək ki, Əmək Məcəlləsinə və "Azərbaycan Respublikası Əmək Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında" Azərbaycan Respublikası qanununun tətbiq edilməsi barədə” Azərbaycan Prezidentinin fərmanına əsasən, Dövlət Əməyin Mühafizəsi Fondunun Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində yaradılması nəzərdə tutulub. 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam