Redaktor seçimi
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurmasında YENİ DETALLAR 
Murad Süleymanov susur – Baş həkim(?) Elnarə Canlının ali tibbi təhsili varmı? -
Fermer kartlarından mənimsənilən milyonlar - Vəzifəli şəxslər və saxta terminallar -
Xüsusi Təyinatlı Yol idarəsində xüsusi rejim:
Qida təhlükəsizliyi üzərində qanunsuz “İctimai Şura” eksperimenti - Açıq şəkildə saxtakarlıq/
Anar Əlizadə haqqında ŞOK FAKTLAR - Yarım milyonluq saat, İstanbuldakı mülklər və Adnan Əhmədzadə ilə... /
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin “sehrli” qrant mexanizmi: İrəvan var, Gəncə yox(?) -
Salyanın keçmiş imperatorunun oğlu Rumıniyanı satın aldı -
Günün xəbəri

Azərbaycanda qadınların bəzi iş yerlərində çalışması qadağan ediləcək

 

Azərbaycanda hamilə və yaş yarımadək uşağı olan qadınların işləməsi qadağan edilən iş yerləri müəyyən olunacaq.

"Xeberinfo.com":  Məlumata görə, əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov Yeni Azərbaycan Partiyasının saytına müsahibəsində bildirib ki, “Dəyişdirilmiş Avropa Sosial Xartiyası”nın qadın və kişilərə bərabər imkanlar prinsipinə uyğun olaraq, qadınların işləməsi qadağan edilən iş yerlərinin siyahısının ləğv olunması, yalnız hamilə və yaş yarımadək uşağı olan qadınların işləməsi qadağan edilən iş yerlərinin müəyyən olunması üçün əmək qanunvericiliyində dəyişiklik edilməsi gözlənilir.
 

Nazir əlavə edib ki, “İstehsalatda baş verən bədbəxt hadisələrin təhqiqi və uçota alınması qaydaları”nın təkmilləşdirilməsi üçün də müvafiq işlər aparılır. Onun sözlərinə görə, “Azərbaycan Respublikasında əməyin təhlükəsizliyi və sağlamlaşdırılması üzrə Milli Strategiya”nın layihəsi bu ilin oktyabrında artıq hökumətə təqdim edilib. Layihədə Əməyin Mühafizəsi üzrə Milli İnformasiya Mərkəzinin, Dövlət Əməyin Mühafizəsi Fondunun, əməyin mühafizəsi vasitələrini istehsal edən müəssisələrin yaradılması, əməyin mühafizəsi üzrə mütəxəssislərin hazırlanması üçün təhsil müəssisələrinə dövlət sifarişlərinin verilməsi və s. kimi mühüm yeniliklər nəzərdə tutulur. Strategiya qəbul edildikdən sonra onun icrası üçün Dövlət Proqramı hazırlanacaq.

 

S. Müslümov deyib ki, sosial tərəfdaşların qarşılıqlı fəaliyyətinin sistemli şəkildə qurulması üçün yaradılacaq Sosial və İqtisadi Məsələlər üzrə Üçtərəfli Komissiyanın Əsasnaməsinin layihəsi isə daha təkmil variantda hökumətə təqdim  olunub.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam