Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Daha iki daş karxanası bağlandı

 

Dövlət Əmək Müfəttişliyi daha iki daş karxanasının fəaliyyətini dayandırıb. Beləliklə də cəzalandırılan  daş karxanalarının sayı 6 olub.
"Xeberinfo.com":  Məlumata görə, bu barədə virtualaz.org saytına Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat veriblər.
Xəbərdə deyilir ki, Bakının Qaradağ rayonunda yerləşən, mişar daşlarının istehsal olunduğu (daş karxanaları) “Ozan” kiçik müəssisəsində və İ.N.Ə MMC-də təhlükəli əmək şəraitinin mövcud olduğu aşkarlanıb.
Belə ki, Daxili İşlər Nazirliyinin İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi və Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası əməkdaşlarının iştirakı ilə keçirilən yoxlama zamanı işçilərin xüsusi geyim və ayaqqabı, digər fərdi mühafizə vasitələri ilə təmin edilmədiyi, onların əməyin mühafizəsi normaları və qaydaları üzrə təlimatlandırılmadığı üzə çıxıb. 
Məlum olub ki, müəssisədə avadanlıq və qurğuların istismarı burda çalışanların həyatı üçün təhlükəli şəraitdə həyata keçirilir. İstehsalat qəzalarının qarşısının alınması üçün heç bir profilaktiki tədbirlər görülməyib.
Eyni zamanda, müəssisədə çalışanların əksəriyyəti ilə əmək münasibətlərinin rəsmiləşdirilmədiyi, onların qeyri-leqal əmək fəaliyyətinə cəlb edildikləri, normal əmək və istirahət rejiminə, əməyin ödənilməsi normalarına riayət edilmədiyi də müəyyən olunub. Qanunvericiliyə əsasən, əməyin təhlükəsizliyi tələblərinə uyğun gəlməyən və işçilərin sağlamlığı, yaxud həyatı üçün təhlükə törədən müəssisələrin işi və ya istehsal vasitələrinin istismarı onlar əməyin təhlükəsizliyi tələblərinə uyğunlaşdırılanadək dayandırılmalıdır.
Bu prinsipə uyğun olaraq, “Ozan” kiçik müəssisəsində və İ.N.Ə MMC-də işlər əməyin mühafizəsi tələbləri yerinə yetirilənədək dayandırılıb və icrası məcburi olan göstərişlər verilərək akt tərtib edilib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam