Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Ərdoğan ABŞ məhsullarını boykota çağırdı

 

Ərdoğan ABŞ məhsullarını boykota çağırdı
Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan Ankaradakı çıxışı zamanı xalqı ABŞ istehsalı olan elektronika məhsullarını boykot etməyə çağırıb.
 Yenixeber.org: NTV telekanalı xəbər verir ki, Ərdoğan Vaşinqtonun birtərəfli sanksiyaları və ticarət tariflərinə qarşı ən yaxşı cavabın ABŞ-ın istehsal etdiyi məhsullarla rəqabət apara bilən alternativ əcnəbi malların alışını çoxaltmaq və yerli istehsal və ixracı artırmaq olduğunu deyib.

“Amerika iqtisadi cəhətdən nəinki bizə, Çinə və Rusiyaya, İrana və Avropaya da hücum edir. Amma bizə qarşı əməliyyat başladılıb. Biz Amerika istehsalı olan elektronika məhsullarını boykot edəcəyik. Onların “iPhone”u var, amma “Samsung” və bizim “Vestel” şirkətimiz də var.” – deyə, Ərdoğan bəyan edib.

Xatırladaq ki, Ankara ilə davam edən siyasi gərginliyə baxmayaraq, avqustun 10-daABŞ prezidenti Donald Tramp Türkiyədən idxal olunan polad və alüminiuma ikiqat ticarət tarifinin təbiqi barədə qərar qəbul edib. Türkiyədən alınan alüminiuma 20%, polada isə 50% gömrük rüsümu tətbiq olunacaq. Trampın bu qərarı ilə türk lirəsi dollar qarşısında rekord tarixi enişini yaşayıb. 13 avqust gecəsinədək 1 dollar 7,24 lirə təşkil edib. Lakin Türkiyə Mərkəz Bankınnın müdaxiləsindən sonra hazırda lirə bir qədər möhkəmlənərək dollara nisbətdə 6.5 civarında müəyyənləşib. Ümumilikdə, bu il ərzində lirə dolara nisbətdə 40 faiz ucuzlaşıb.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam