Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Xəyanətkarlar cavab verəcəklər– Ərdoğan

 

Xəyanətkarlar cavab verəcəklər – Ərdoğan
Bu gün Türkiyənin üzləşdiyi təzyiqlər bəzi xarici qüvvələrin Ankaranın yürütdüyü müstəqil siyasətə reaksiyasıdır. 
 Yenixeber.org: Bu barədə Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan bəyan edib. Onun sözlərinə görə, hazırda Türkiyə iqtisadiyyatı hücumla üzləşib.

“İqtisadi sahədə manipulyasiya etmək və terrorçuları fəallaşdırmaqla Ankaranın iradəsini qırmaq və onu öz milli maraqlarının müdafiəsindən imtinaya məcbur etmək istəyirlər. Özünü dünyanın hökmdarı hesab edən dövlətlərin Türkiyəyə baha başa gələn nailiyyətlərə təcavüz etmək haqqları yoxdur. Türkiyənin sağlam və güclü iqtisadiyyatı var. Türkiyəyə qarşı spekulyasiyalarda iştirak edən xəyanətkarlar şəbəkəsi öz əməllərinə görə cavab verəcəklər.” – deyə, Ərdoğan vurğulayıb. 

Onu da əlavə edib ki, Türkiyə iqtisadiyyatı və valyutasına edilən hücumlar hələ bir müddət də davam edəcək. 

Xatırladaq ki, Ankara ilə davam edən siyasi gərginliyə baxmayaraq, avqustun 10-da ABŞprezidenti Donald Tramp Türkiyədən idxal olunan polad və alüminiuma ikiqat ticarət tarifinin təbiqi barədə qərar qəbul edib. Türkiyədən alınan alüminiuma 20%, polada isə 50% gömrük rüsümu tətbiq olunacaq. Trampın bu qərarı ilə türk lirəsi dollar qarşısında rekord tarixi enişini yaşayıb. Bu axşamadək 1 dollar 7,24 lirə təşkil edib. Lakin Türkiyə Mərkəz Bankınnın müdaxiləsindən sonra lirə bu gün bir qədər möhkəmlənərək dollara nisbətdə 6.8 civarında müəyyənləşib. Ümumilikdə, bu il ərzində lirə dolara nisbətdə 40 faiz ucuzlaşıb. 

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam