Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Paşinyanın qurduğu “alyans” dağılır

 

Paşinyanın qurduğu “alyans” dağılır
Ermənistanın baş naziri Nikol Paşinyanla onun hökumətinin bir hissəsini təşkil edən “Daşnaksütyun” partiyasının münasibətləri artıq əvvəlkitək deyil və getdikcə onlar arasındakı fikir ayrılıqları çoxalır.
 Yenixeber.org: Bu barədə Ermənistanın “Joxovurd” qəzeti yazıb. Qeyd olunur ki, Paşinyan silahdaşlarilə münasibətlərinin pisləşməsinin səbəbi ölkə daxilində cərəyan edən son siyasi proseslərdir. Belə ki, Paşinyanın hökumətində təmsil olunmasına baxmayaraq, “Daşnaksütyun” partiyası bir növ ölkə hakimiyyətini ittiham edən bəyanatla çıxış edib. 

“Daşnaksütyun”un bəyanatında deyilir ki, sabiq prezident Robert Koçaryan və digər yüksək vəzifəli şəxslərə qarşı ittihamlar, onların barəsində həns qətimkan tədbirinin seçilməsi hökumətin və hüquq-mühafizə orqanlarının seçici ədalətlə və qərəzli istintaqla məşğul olduqları təəssüratını formalaşdırır. 

“Daşnaksütyun”un bu ifadələrinə cavab olaraq Paşinyanın təsis etdiyi “Vətəndaş müqaviləsi” partiyasının üzvü, baş nazirin müavini Tiqran Avinyan Ermənistanın Azadlıq radiosuna verdiyi müsahibədə bildirib ki, hökumətdə koalisiya formalaşdırdıqları bir partiyanın və tərəfdaşlarının bu addımı ciddi düşünməyə əsas verir. 

“Onların bu davranışını analiz etməliyik və hesab edirəm ki, bu analiz konkret nəticələrə gətirib çıxaracaq. Görün kim – hökumətin bir hissəsini təşkil edən “Daşnaksütyun” partiyası belə bir bəyanat verir. Onlar icra və məhkəmə hakimiyyətləri arasındakı qarşılıqlı münasibətlərin mahiyyətini bilməlidirlər.” – deyə, Avinyan vurğulayıb. 

“Daşnaksütyun” partiyası isə baş nazirin müavininin bu sözlərinə hələlik cavab verməyib. 

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam