Redaktor seçimi
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurmasında YENİ DETALLAR 
Murad Süleymanov susur – Baş həkim(?) Elnarə Canlının ali tibbi təhsili varmı? -
Fermer kartlarından mənimsənilən milyonlar - Vəzifəli şəxslər və saxta terminallar -
Xüsusi Təyinatlı Yol idarəsində xüsusi rejim:
Qida təhlükəsizliyi üzərində qanunsuz “İctimai Şura” eksperimenti - Açıq şəkildə saxtakarlıq/
Anar Əlizadə haqqında ŞOK FAKTLAR - Yarım milyonluq saat, İstanbuldakı mülklər və Adnan Əhmədzadə ilə... /
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin “sehrli” qrant mexanizmi: İrəvan var, Gəncə yox(?) -
Salyanın keçmiş imperatorunun oğlu Rumıniyanı satın aldı -
Günün xəbəri

Prezident Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-yə 11 milyon 352 min manat ayırıb

 

 

 Prezident İlham Əliyev "Sel və daşqın təhlükəli çayların zərərli təsirinə qarşı mübarizə və qəza vəziyyətinin aradan qaldırılması tədbirləri haqqında" sərəncam imzalayıb

Yenixeber.org: Məlumata görə, sərəncamda bildirilir ki, son illərdə sel və daşqınların zərərli təsirlərindən qorunmaq üçün genişmiqyaslı və böyükhəcmli mühafizə tədbirləri həyata keçirilmiş, daşqın təhlükəli çayların sahili boyunca mühafizə bəndləri tikilmiş, mövcud bəndlərin hündürlüyü artırılaraq möhkəmləndirilmiş, sel və daşqın sularının maneəsiz ötürülməsi üçün digər zəruri tədbirlər görülmüşdür. Qeyd olunan işlərin davamlılığı məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 22 yanvar tarixli 3593 nömrəli Sərəncamına əsasən “Sel və daşqın təhlükəli çayların zərərli təsirinə qarşı mübarizə və qəza vəziyyətinin aradan qaldırılması tədbirləri”nin icrası üçün Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinə 5 milyon manat vəsait ayrılıb. Bu istiqamətdə işlərin davam etdirilməsinin vacibliyini nəzərə alaraq, sel və daşqın təhlükəli çayların zərərli təsirinə qarşı mübarizə və qəza vəziyyətinin aradan qaldırılması tədbirlərinin davam etdirilməsi məqsədi ilə Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 22 yanvar tarixli 3593 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.84-cü bəndində göstərilmiş məbləğin 11 352 000 manatı Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinə ayrılıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam