Redaktor seçimi
Bakı-Quba yolunun Ziyalı, əməli Saleh olmayan bəxti....
Zaur Mikayılov Eldar Əzizovun kölgəsində “üzür” –
Anar Əlizadəyə Serbiya pasportu nədən verildi - Adı rusiyalı casuslar, müharibə oliqarxları ilə birgə hallanan milyonçu kimdir?/
Saleh Məmmədov dərhal həbs olunmalıdır,... PKK terror təşkilatının missioneridir -
Təhməzlilərin "6-cı mərtəbə"sində çirlki pullar belə yuyulur -
Səbzəliyev qardaşlarının “Sobsan” boya fabriki ekoloji fəlakət yaradır-
Heydərovların “London macərası” başa çatdı – 
Qadının evini başına uçuran “Melissa Group” tikinti şirkəti kimindir? -
Günün xəbəri

Əyriçay Su Anbarı İstismarı İdarəsi fəaliyyətsiz hala gətirilib

 

Məmməd Qasımovun səhlənkarlığı ucbatından idarənin funksiyalarının icrasında kifayət qədər ciddi nöqsanlar müşahidə olunmaqdadır

Xeberinfo.com:   Məlum olduğu kimi Əyriçay su anbarı Şəki rayonunun cənub-qərb hissəsində Əyriçayın məcrasında yerləşir. Bu obyekt Şəki və Qax rayonlarının torpaq sahələrini suvarma suyu ilə təmin etmək məqsədilə 1987-ci ildə istismara verilmişdir. Bu rayonların iqlim şəraitlərinin daha çox yağmurlu olduğundan, habelə ərazilərin əsasən dağlıq relyef üzrə yerləşdiyindən çaylarda tez-tez sellər əmələ gəlir. Deyilənlər nəzərə alınaraq dağ çaylarının, sel-sularının zərərli təsirinin qarşısını almaq və ərazidə yerləşən təsərrüfatların və əhalinin təhlükəsizliyini təmin etmək üçün mühafizə tədbirlərinin həyata keçirməsi də yerli suvarma idarələri ilə yanaşı həm də Əyriçay Su Anbarı İstismarı İdarəsinin vəzifələrinə aiddir. Əhalinin şəxsi təsərrüfatlarını, əkinaltı torpaqları sel və daşqın sularından qorumaq üçün daşqın təhlükəsi olan ərazilərin müəyyən edilərək qabaqlayıcı tədbirlər görülməsi mühüm əhəmiyyətə malikdir. Bu gün isə, artıq qış mövsümünün getdikcə daha sərt dövrünün yaxınlaşması və yağıntıların artması ilə əlaqədar, idarənin məhz bu funksiyalarını necə icra etməsi daha böyük əhəmiyyət kəsb edir. Bu xüsusda aldığımız açıqlamalarda isə vurğulanır ki, Əyricay Su Anbarı İstismar İdarəsinin rəisi Məmməd Qasımovun səhlənkarlığı və öz işində yol verdiyi bir çox qanun pozuntuları səbəbindən bütün bu işlərin icrasında kifayət qədər ciddi nöqsanlar müşahidə olunmaqdadır. Texnikanın nasaz vəziyyətdə saxlanması səbəbindən daşqın və selə qarşı mübarizə məqsədilə çay məcralarının təmizlənməsi və daş bəndlərin qurulması işlərində onların köməyinə də bel bağlamaq olmur. Həmçinin daxil olan məlumatlara görə, mütəmadi olaraq idarənin əməkdaşları tərəfindən bir çox vacib tədbirlər vaxtında həyata keçirilmir, görülən işlər isə keyfiyyətsiz və az effektli olur. Suvarma kanallarında, kollektor-drenaj şəbəkəsində lildən təmizləmə işləri də yarımçıq görülür. İdarədə məhz yeni texnika və avadanlıqların alınması xüsusunda külli-miqdarda mənimsəmələrə yol verilir. Maddi-texniki bazanın möhkəmləndirilməsi, işin keyfiyyətinin yüksəldilməsi məqsədi ilə ayrılan dövlət vəsaitlərinin mənimsənilməsi hallarına geniş yer verilir. İdarənin balansında olan texnika, avadanlıq və mexanizmlərin köhnəlməsi adı ilə onların balansdan çıxarılaraq satılması nəticəsində külli-miqdarda pul əldə olunur. Güc transformatorlarının, elektrik mühərriklərinin, nasos aqreqatlarının əsaslı təmiri adı altında külli miqdarda dövlət maliyyəsi hesabdan çıxarılaraq xərclənsə də, əslində bu avadanlıqlara texnik xidmət də çox aşağı səviyyədədir. Bütün bu nöqsanlar Şəki və Qax rayonlarının kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olan sakinlərini, yerli fermerləri həyəcan təbili çalmağa, əlaqədar instansiyalara kömək üçün müraciət etməyə vadar etmişdir. Əlaqədar instansiyalar isə hələ ki, Əyriçay Su Anbarı İstismarı İdarəsinin rəisi Məmməd Qasımovun özbaşınalıqlarına göz yummaqda davam edirlər.(Bizimdovr.az)

Qarşı tərəfin də öz mövqeyini bildirmək hüququ var.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam