Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Avtomobil nömrələrinin satışından nə qədər gəlir əldə olunur?

Avtomobil nömrələrinin satışından nə qədər gəlir əldə olunur?

 

Bu gün Milli Məclisinin plenar iclasında 2018-ci ilin dövlət büdcəsi müzakirə edilib

 

Yenixeber.org: Deputatlar gələn ilin büdcə zərfinə daxil olan məsələləri, o cümlədən "2018-ci il dövlət büdcəsi haqqında" qanun layihəsini qəbul etməlidirlər.

Gələnilki büdcə ilə bağlı hökumətdə, sonra isə Milli Məclisdə əsas müzakirə mövzuları büdcənin xərclərini optimallaşdırmaq, gəlirlərini isə artırmaq, yəni yeni büdcə üçün yeni gəlir mənbələri tapılmasıdır.

Hər il 50-100 milyon manat əlavə gəlir

Bu mənbələrdən biri də indiyədək diqqətdən kənarda qalan və xeyli vəsaitlərin büdcə üçün itirildiyi avtomobillərin qeydiyyat nişanlarının satışıdır. Təqribi hesablamalara görə, qeydiyyat nişanlarının satışının düzgün və şəffaf təşkil edilməsi büdcəyə ildə 50-100 milyon manat arasında vəsait gətirə bilər.

Məsələ bundadır ki, Azərbaycanda avtomobillərin qeydiyyat nişanlarının (sadə desək nömrələrin) verilməsi üçün rüsumlar "Dövlət rüsumu haqqında" qanunda göstərilib. Bu qanuna görə, adi nömrələr, yəni seriyası və rəqəmləri fərqli olanların qiyməti cəmi 22 manatdır. Rəqəmləri və seriyaları müəyyən kombinasiya ilə olan nömrələr isə nisbətən bahadır. Onların qiyməti 500-2500 manat arasındadır. Yəni kobud desək, qanuna görə, ölkədə ən bahalı avtomobil nömrəsinin dövlət qiyməi 2500 manatdır.

Bazar qiymətləri rəsmi qiymətdən 100 dəfə bahadır

Bazarda real qiymətlər isə qanundakı rəqəmləri 20-100 dəfə üstələyir. Satış saytlarındakı elanlardan görünür ki, nəinki "Dövlət rüsumu haqqında" qanunla "diqqət çəkən" sayılan, hətta bir sıra digər nömrələrin qiyməiləri də rəsmi qiymətləri 10 dəfələrlə, hətta 100 dəfə üstələyir.

Məsələn, 10-cx-100 nömrəsinin bazar qiyməti 30 min manat, 10-bx-100 nömrəsinin qiyməti isə 25 min manatdır. Halbuki, qanuna görə, belə nömrənin dövlətdən alış qiyməti cəmi 1000 manat təşkil edir.

Başqa bir kombinasiyalı nömrələrə nəzər salaq: 99-lc-999 nömrəsinin bazar qiyməti 15 500 manat, 99-ln-999 nömrəsinin qiyməti isə 13 900 manat təşkil edir. Halbuki, belə nömrələrin dövlətdən alış qiyməti, qanuna görə cəmi 500 manatdır.

Bazarda satışda olarsa 22-zz-222 və ya 55-SS-555 nömrəsinin qiyməti 100 min manat ətrafındadır. Amma qanuna görə, bu nömrənin dövlət qiyməti cəmi 1000 manatdır. 100 dəfə fərq var!

99-**-999 nömrələri (yəni seriyası da eyni hərflərdən ibarət olan) üzrə də vəziyyət eynidir. Qanuna görə belə nömrələrin rəsmi qiyməti 1000 manat olduğu halda, bazar qiyməti 50-60 min, bəzən daha yüksək olur.

Nəhayət, "OO" və "DD" seriyalı nömrələr. Hazırda bazarda belə seriyalı nömrələrin qiymətləri 10 min manatdan aşağı deyil. Amma rəsmi qiymət cəmi 22 manatdır. "Dövlət rüsumu haqqında" qanunda belə seriyalar haqqında heç nə deyilmir.

LX 470 neçəyədir?

Avtomobillərin markasındakı rəqəmləri təkrarlayan qeydiyyat nişanları da bazarda yüksək qiymətə satılır. Bura BMV-də 735-740-745-750-760, Leksus-da LS460, LX 470, LX 570, RX350, Mersedes-də 180, 220, 240, 350 və sair kimi seriyalar aiddir. Rəsmi sənədlərə görə, belə nömrələrin, məsələn 99-LX-570 qeydiyyat nömrəsinin dövlət qiyməti cəmi 22 manatdır. Qara bazarda isə belə nömrələr bir neçə min manata satılır. Qiymət fərqi 500 dəfəyə çatır.
 
 "010" nömrəsinin həvəskarları

Amma avtomobil nömrələrinin tamamilə başqa, qanunda nəzərdə tutulmayan (bilərəkdənmi, yoxsa bilməyərəkdənmi) variantları da var ki, onlar da bazarda yüksək qiymətə dövr edir. Söhbət, məsələn, 10-cl-010 və ya 10-nr-010 kimi nömrələrdən gedir. Onların da bazar qiyməti 11 500-12 500 manat olduğu halda rəsmi qiyməti 22 manatdır.
 
İtirilən məbləğ – yarım milyard manata çatır

Başqa sözlə, rəsmi qiymətlərlə bazar qiymətləri arasındakı 100 qat fərq nəticəsində və bu sahədəki qeyri-şəffaflıq və vahid qaydaların olmaması səbəbindən dövlət büdcəsi böyük məbləğlər itirir.

Bunu təqribən hesablamaq üçün ölkəmizdə avtomobillərin sayına nəzər salaq. Dövlət Statistika Komitəsinin məlumatlarına görə, son 10 ildə, yəni 2007-ci ildən 2016-cı ilədək Azərbaycanda şəxsi minik avtomobillərinin sayı 500 min ədəd artıb. Bunların cəmi 5 faizinin, yəni 25 mini "yaxşı" nömrə kimi qəbul edib orta yüksək qiymətlə (1500 manatdan), qalan 475 min nömrəni 22 manatdan hesablasaq son 10 ildə nömrə satışından büdcəyə təqribən 50 milyon manat (37,5 milyon manat + 10,45 milyon manat) vəsait daxil olmalıdır. Nömrə satışından büdcəyə nə qədər vəsait daxil olduğu hələlik açıqlanmayıb.
 
Amma bu hələ dövlət qiymətləri ilə toplana bilən məbləğdir. Bazar qiymətlərini nəzərə aldıqda isə nömrə satışından büdcəyə daxil olan vəsaitlər bundan qat-qat artıq olar.

Bazar qiymətləri ilə götürdükdə 500 min avtomobil nömrəsinin 10 faizinin "diqqəti çəkən" nömrə olduğunu və onların bazar qiymətinin orta hesabla 10 min manat olduğunu götürsək, nömrələrin satışı azı 510 milyon manat gəlir gətirə bilərdi.

Başqa sözlə, qeydiyat nişanlarının dövlət və bazar qiymətləri arasındakı fərq nəticəsində dövlət büdcəsi yarım milyard manağdan artıq vəsait itirib.
 
Bu pullar büdcəyə getməlidir

Azərbaycanda dövlət büdcəsi üçün mənbələrin axtarıldığı və büdcənin hər qəpiyinin qənaət və səmərəli istifadə olunması ilə bağlı müzakirələrin getdiyi bir vaxtda, bu qədər vəsaitin büdcədən kənarda qalaraq ciblərə axması inanılmazdır.

Bu məsələyə son qoymağın və avtomobilnömrələrinin daha şəffaf satışının təşkil edilməsi yolu ilə bu sahəyə gələn vəsaitlərin artırılmasının vaxtı çatıb. Amma necə?

Bu mənbələrdən biri də məhz avtomobil qeydiyyatı nişanlarının şəffaf şəkildə, bazar qiyməti ilə satışı ola bilər. Əgər avtomobil sahibi diqqətini çəkən nömrəyə 20-30 min manat verməyə hazırdırsa, nəyə görə bu vəsait dövlət büdcəsinə deyil, hansısa möhtəkirin cibinə axmalıdır?

Boş nömrələr "görünməlidir"

Hazırda hansı nömrənin tutulduğu və ya boş olması ilə bağlı məlumatı heç bir mənbədən almaq mümkün deyil. Dəfələrdə bəyan edilməsinə baxmayaraq indiyədək DYP qeydiyyat nişanları ilə bağlı məlumatları açıq mənbələrdə yerləşdirməyib və bununla bağlı planlarını açıqlamayıb. Maraqlıdır ki, yol polisi sistemində bütün xidmətlərin elektronlaşdığı halda qeydiyyat nişanlarının internetə yerləşdirilməsi və elektron şəkildə seçilib-satılması məsələsi uzun illərdir həll edilmir. Bu məsələ təcili həll edilməlidir.

Məsələyə ASAN Xidmət qarışmalıdır

Uzun illərdir ki, DYP özü bu məsələni həll etmədiyinə görə, məsələyə daha şəffaf və əhalinin daha etimad etdiyi qurum qarışmalıdır. Bu – ASAN Xidmətdir.

Sürücülük vəsiqələrinin dəyişdiriləməsi prosedurları ASAN Xidmət və Yol Polisinin göstərdiyi xidmətlər arasında fərqin nə qədər böyük olduğunu göstərdi.

Eyni üsulu avtomobil nömrələrinin satışında da tətbiq etmək olar. İlk növbədə satılmayan nömrələr heç bir məhdudiyyət qoyulmadan Yol Polisinin və ASAN Xidmətin internet səhifəsində yerləşdirilməlidir. ASAN Xidmətin bu prosesə cəlb edilməsi bu sahədəki mənfi halları tamamilə aradan qaldıra bilər.

"Nömrə hərrac"ları başlayacaq?

Bundan başqa, xüsusi kombinasiyaya malik olan nömrələrin hərrac yolu ilə satışları təşkil edilməlidir. Şərq və ərəb ölkələrində keçirilən belə hərraclarda diqqəti çəkən nömrələrin qiymətləri bir neçə milyon dollaradək artır. Oxşar nəticəni Azərbaycanda da əldə etmək mümkündür.

Digər tərəfdən diqqəti çəkən qeydiyyat nömrələrinn siyahısı bir də nəzərdən keçirilməli və bazarda daha yükək qiymətə satıla bilən nömrələr müəyyn edilərək onlara ilkin qiymət qoyulmalıdır.

Büdcə üçün 50 milyon manatlıq mənbə – nömrə satışı

Bu tədbirlərin həyata keçirilməsi büdcəyə nömrə satışından gələn vəsaitlərin həcmini qat-qat yüksəldə bilər. Belə ki, statistikaya görə, 2016-cı ildə Azərbaycanda şəxsi minik avtomobillərinin sayında cəmi 7,4 minlik artım var. İqtisadi vəziyyəti nəzərə alaraq 2018-ci ildə də avtomobillərin artımının təqribən bu qədər – 7 min ədəd olacağını güman etmək olar.  Bunlardan
 
100 avtomobilin 50 min manatlıq,
100 avtomobilin 30 min manatlıq,
200 avtomobilin 20 min manatlıq,
200 avtomobilin 10 min manatlıq,
300 avtomobilin 5 min manatlıq,
300 avtomobilin 2 min manatlıq,
 
Nömrə alacağını qəbul etsək, gələn il büdcə qeydiyyat nişanı satışından 16,1 milyon manat qazana bilər. Nömrələrin 22 manata satılacağı təqdirdə isə bu məbləğ cəmi 154 min manat olacaqdı. Avtomobil idxalının artacağı təqdirdə isə gəlirlər daha yüksək ola bilər. Belə ki, 20 min avtomobilin satışı nəticəsinə qeydiyat nişanlarından gələn gəlirlər ildə 50 milyon manata çata bilər.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam