Redaktor seçimi
Mingəçevir Təhsil sektorunun müdirini nazir müavini ilə nə bağlayır?!:  Sevinc Həsənova məsul şəxslər barədə kompramat toplayır -
TƏCİLİ! "Landmark Baku"da çalışan diplomatları iranlı qızlarla görüşdürüb çəkdirən iş adamının adı məlum oldu —
AzTU-nun rektoru Vilayət Vəliyevə "DUR" deyən tapılacaqmı?! -
Emin Əmrullayevin “Bəddualı paketi” -
AzTU-nun rektoru Vilayət Vəliyev "bazarkom" kimi -
Kosmetoloq İradə Məmmədovadan YENİ XƏBƏR:
Avrasiya Hospitalında həkimlər ölüm faktını gizlədib?! - müəmmalı 3000 manat, liftin qırılması və ...+
Dövlət Şəhərsalma və Arxitektura Komitəsində ŞOK KORRUPSİYA:
Günün xəbəri

Dövlət Bayrağı Günü Füzulidə də qeyd edilib

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Horadiz şəhərindəki Bayraq Meydanında 9 noyabr Dövlət Bayrağı Günü münasibəti ilə  ümumrayon tədbiri keçirilmişdir.

 

 "Xeberinfo.com":Rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilat rəhbərlərinin, icra nümayəndəliklərinin, bələdiyyə sədrlərinin, rayon ərazisindəki N saylı hərbi hissənin əsgər və zabitlərinin və ictimaiyyət nümayəndələrinin iştirak etdiyi tədbirdə Füzuli rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev çıxış etmiş, Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə hər il noyabrın 9-nun ölkəmizdə Dövlət Bayrağı günü kimi qeyd olunduğunu diqqətə çatdırmış, tədbir iştirakçılarını əlamətdar bayram münasibətilə təbrik etmişdir.

Alı Alıyev 1918-ci il noyabrın 9-da Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının Milli bayraq haqqında qərar qəbul etdiyini vurğulayaraq bildirib ki, prezident cənb  İlham Əliyevin Dövlət Bayrağı Meydanının açılış mərasimində iştirak etməsi və 2009-cu il noyabrın 17-də Dövlət Bayrağı Gününün təsis edilməsi haqqında Sərəncam imzalaması dövlət başçısının Azərbaycan Respublikasının rəmzlərinə və atributlarına nə qədər hörmətlə yanaşdığını və dəyər verdiyininin əyani sübutudur.

Alı Alıyev demişdir: - “Azərbaycan Respublikası müstəqilliyini bərpa etdikdən sonra Azərbaycanın dövlət bayrağı milli suverenliyin simvolu kimi ölkəmizin bütün vətəndaşları üçün müqəddəs dövlətçilik rəmzlərindən birinə çevrilib. Bu gün Ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulan və Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən siyasi kurs Azərbaycanın üçrəngli bayrağının dünyanın ən aparıcı tribunalarında, ən ali tədbirlərində dalğalanmasını təmin edib. Füzulililər inanırlar ki, Ali Baş komandan İlham Əliyevin rəhbərliyi altında bayrağımız, Füzulidə, Şuşada və digər işğal olunmuş torpaqlarımızda dalğalanacaqdır”. 

 


       

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Alı Alıyev bildirmişdir ki, dövlət rəmzlərimizə göstərilən bu münasibət ölkəmizdə insanların azərbaycançılıq məfkurəsi ətrafında sıx birləşməsini, gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunmasını təmin edir. 

Rayon İcra Hakimiyyətinin başçısı qeyd edib ki, 28 avqust 2014-cü ildə ölkə prezidenti cənab İlham Əliyev rayona sonuncu səfəri zamanı Horadiz şəhərində Bayraq Meydanının açılış mərasimində iştirak etmiş, görülən işlərə yüksək qiymət vermişdir.

Tədbirdə çıxış edənlər bildirmişlər ki, bu gün Azərbaycanda dövlət atributlarına hörmət və ehtiram yüksək səviyyədədir. Bu da Ulu Öndərin siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyevin dövlət rəmzlərinə olan münasibətindən qaynaqlanır. Qeyd olunmuşdur ki, dövlətimizin başçısının milli ideallara bağlılığı üçrəngli bayrağımıza münasibətdə də açıq-aydın görünür.

 

Tədbir ictimaiyyət nümayəndələrinin Bayraq Meydanında gəzintisi ilə başa çatmışdır. 



Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam