Redaktor seçimi
Gəncə şəhər stadionunun tikintisi mərhum nazirin oğlunun iş ortağına tapşırılıb -
Ağsuda dövlətin pulu küçələrin işıqlandırılması adı ilə “qaranlığa qərq olur” –
“Samur” Gömrük Terminalındakı Rüfət Qəhrəmanov kimdi? — Şahin Bağırovun adamı yoxsa… /
Bakı Dövlət Universitetində korrupsiya faktları aşkarlandı -
Sahil Babayevin gücü qarşısında Qanunlarımız və İcra Mexanizmi aciz qalıb -
Qusarçay Saleh Məmmədovun Daş Karxanasında belə “buxarlanır” –
Məzahir Pənahov dövlətin pulunu necə xərcləyir?:
Cavanşir Feyziyev Seçki Məcəlləsinin tələblərini NECƏ POZUR? – 
Günün xəbəri

Dövlət Bayrağı Günü Nərimanovda da qeyd edildi

 

      "Xeberinfo.com": 7 noyabr 2014-cü il tarixdə Nərimanov Rayon İcra Hakimiyyətinin və Rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə Dövlət Bayrağı Günü ilə əlaqədar “Nəriman Nərimanov” metro stansiyasının yanındakı parkda tədbir təşkil edilib.

    Rayon rəhbərliyinin, ictimaiyyətin, idarə, müəssisə və təşkilat rəhbərlərinin, ziyalıların və fəal gənclərin qatıldığı bayram tədbirində Dövlət Bayrağının hər bir Azərbaycan vətəndaşının qürur mənbəyi, müstəqil dövlətimizin isə şərəfi, qüdrətiolduğunu və gənc nəslin vətənpərvərlik ruhunda formalaşmasında böyük rol oynadığı qeyd edilib.

    Tədbirdə 1990-cı ildə ölkəmizdə baş verən hadisələr xatırlanaraq, 70 ildən sonra üçrəngli bayrağımızın xalqımızın ümummilli lideri Heydər Əliyevin təşəbbüsü ilə Naxçıvan Muxtar Respublikasının bayrağı kimi qəbul olunmasından, Azərbaycan Ali Soveti qarşısında bununla bağlı vəsatət qaldırılmasından danışılıb.

     Xüsusi ilə diqqətə çatdırılıb ki, möhtərəm Prezidentimiz cənab İlham Əliyev bu mühüm dövlət atributu ilə bağlı mühüm qərarlar qəbul edib. Belə ki, dövlətimizin başçısının 17 noyabr 2009-cu il tarixli Sərəncamı ilə Dövlət Bayrağı Günü təsis olunub, 2010-cu ilin sentyabrında isə möhtəşəmDövlət Bayrağı Meydanı yaradılıb. Üçrəngli bayrağımız bu gün dünyanın 70-ə yaxın ölkəsində Azərbaycanın müxtəlif statuslu diplomatik nümayəndəlikləri üzərində dalğalanır. Beynəlxalq tədbirlərdə, idman arenalarında qaldırılır və bu, hər bir soydaşımızın qəlbini iftixar hissi ilə doldurur. Xalqımızın ən böyük arzusu bayrağımızın Xankəndində, Şuşada və işğal olmuş digər rayonlarımızda dalğalanmasını görməkdir.

    Prezident İlham Əliyevin apardığı məqsədyönlü siyasət nəticəsində Azərbaycanın ərazi bütövlüyünün tezliklə bərpa olunacağına, üçrəngli bayrağımızın işğal altındakı torpaqlarımızda da dalğalanacağına əminlik ifadə olunub.

    Daha sonra gənclərin iştirakı ilə keçirilən velosiped yarışı, gənc idmançılar tərəfindən nümayiş olunmuş müxtəlif  idman növləri: karate, qılıncoynatma, kapoeyra, şahmat, gənc istedadların rəqsləri, eləcə də Dövlət Rəssamlıq Akademiyası tələbələrinin əl işlərindən ibarət rəsmlər və qraffiti üsulu ilə işlənmiş əsərlər və nəhayət,üçrəngli bayrağımızın rənglərini əks etdirən şarların səmaya buraxılması izləyicilərdə dərin təəssürat yaradıb.



 

 

   

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

     

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 Eyni zamanda, tanınmış incəsənət ustaları ilə bərabər rayonun istedadlı gənclərinin ifasında Vətənə, müstəqilliyə həsr olunmuş mahnılar tədbir iştirakçıları tərəfindən böyük maraqla qarşılanaraq onlarda xoş ovqat yaradıb.

 

 

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam