Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Paşinyan Putinlə danışıqlarda:“Hərbi əməkdaşlığın inkişafı vacibdir” - (VİDEO)

 
“Ermənistanla Rusiyanın strateji əməkdaşlığı müzakirəyə qoyulmur. Bu məsələ üzrə konsensus mövcuddur və heç kəs bu münasibətlərin əhəmiyyətini şübhə altına qoymur və qoymayacaq”
Yenixeber.org: Bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan Soçidəki Avrasiya İqtisadi ittifaqı sammiti çərçivəsində Rusiya prezidenti Vladimir Putinlə keçirdiyi ilk təkbətək görüşündə deyib.

İki ölkənin siyasi və iqtisadi sferalardakı əməkdaşlığına yeni impuls vermək niyyətində olduğunu bildirən Paşinyan, həmçinin hərbi-texniki əməkdaşlığın inkişaf etdirilməsinin vacibliyini vurğulayıb.

Paşinyan son zamanlar Ermənistanda baş verən proseslərə Moskvanın münasibətinə də toxunub: “Mən Ermənistandakı daxili siyasi böhranla əlaqədar Rusiyanın olduqca “konstruktiv” mövqe nümayiş etdirməsini yüksək qiymətləndirirəm”

Vladimir Putin isə öz növbəsində Paşinyanı baş nazir seçilməsi münasibətilə bir daha təbrik edərək, Ermənistanı regionda yaxın partnyor və müttəfiq hesab etdiklərini bildirib. Bunun həm iqtisadi, həm də təhlükəsizlik məsələlərinə aid olduğunu vurğulayan Putin, həmçinin ümid edib ki, əlaqələrin bu cür dinamik inkişafı bundan sonra da qorunacaq.

İkitərəfli görüş daha sonra bağlı qapılar arxasında davam etdirilib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam