Redaktor seçimi
Sumqayıt "qohum-əqrəba" şirkətlərin yaşıllıq meydanına çevrilib-
Bu kadrı Zaur Mikayılovun adından sui-istifadə edir?! -
Saleh Məmmədovun oliqarx işçisi - Bəhruz Lalayev iş adamıdır, yoxsa dövlət işçisi? -
Məmur İntiqam Məmmədovun “topdağıtmaz” sərvəti -
Balababa Rzayevi niyə “tok vurdu”?! –
Azərbaycan Dövlət Aqrar Universiteti rektorun özəl hissləri ilə idarə olunur – 
Cavid Qurbanovun əmisi oğlu niyə ölkədən qaçıb?! -
Gəncə şəhər stadionunun tikintisi mərhum nazirin oğlunun iş ortağına tapşırılıb -
Günün xəbəri

Erməni idmançıların Bakıya gəlməkdən imtinasının iki mühüm səbəbi

 

“Tupoy Qaqo”dan Sərkisyana Azərbaycan gözdağı ; EMOK-un rəhbəri maliyyələşdirdiyi federasiyaları Avropa Oyunlarına göndərməməklə onu aşağılayan prezident Sərkisyanı cəzalandırır; amma Azərbaycanda döyülməkdən qorxan ermənilərin başqa bir niyyəti də ola bilər; işğalçı mahiyyəti ilə dünyadan izolyasiya olunan Ermənistan idmançılarının üzünə beynəlxalq arenalar da bağlanır... 

"Xeberinfo.com":  Məlumata görə, Avropa Oyunlarına dəvət alan Ermənistan idmançılarının bir-birinin ağzına tüpürübmüş kimi, Bakıya gəlməkdən imtina etmələri düşmən ölkənin Azərbaycana qarşı yeni məkrli niyyətlərindən xəbər verir. Ermənistanın yunan-roma güləşçilərindən sonra taekvandoçuları da Bakıda keçiriləcək Avropa Oyunlarına gəlməkdən imtina etmələri ilə bağlı bəyanat yayıblar.

Bəyanatda deyilir ki, “Ermənistanla Azərbaycan arasında diplomatik əlaqələrin olmadığını, həmçinin Azərbaycanın Ermənistana qarşı düşmən münasibətini nəzərə alaraq Taekvando Federasiyası oyunlarda iştirakı məqsədəuyğun hesab etmir”. 
Boks üzrə Ermənistan yığmasının baş məşqçisi David Torosyan da deyib ki, “yetirmələrini Bakıya aparmağı fikirləşmir”. “Qoy ora Bakıya getmək qərarını verənlər getsinlər. Ancaq bu o demək deyil ki, Bakıya erməni boksçuları getməyəcək. Boks Federasiyasında Bakıda doğulan və Azərbaycana getmək arzusu ilə alışıb-yanan çoxlu şəxslər var. Qoy elə onlar da ora getsin. Mənim boksçularımın orda heç bir işi yoxdur. Əminəm ki, erməni boksçuları ilk döyüşdəcə yarışdan kənarda qalacaqlar. Onları ilk döyüşdə döyəcəklər”, -  deyə, David Torosyan bildirib. Xatırladaq ki, bugünlərdə bənzər açıqlama ilə Ermənistanın yunan-roma güləşi üzrə yığmasının baş məşqçisi də çıxış etmişdi. 
***
Ötən ilin noyabrında Avropa Olimpiya Komitəsinin (AOK) Bakıda keçirilən 43-cü Baş Assambleyasının toplantısında Ermənistan MOK-un İdarə Heyətinin rəhbəri Vaqinak Qalstyan da iştirak etmişdi. O zaman Qalstyan erməni idmançıların təhlükəsizliyi ilə bağlı tam təminat verildiyini məmnunluqla ifadə etmişdi. “Azərbaycana yollanana qədər Bakıda təhlükəsizliklə bağlı bəzi suallar qalmaqda idi. Burada söhbət həm də idmanın növündən asılı olaraq, zəruri şərtlərdən gedirdi. Məsələn, atıcılıq yarışlarında tam sakitlik təmin olunmalıdır.
İdmançılarımızın məskunlaşacağı yer və başqa məsələlərə də tam aydınlıq gəlməli idi. Biz bütün suallarımıza cavab aldıq. AOK Avropa Oyunlarının Təşkilat Komitəsi ilə birgə öhdəçilikləri üzərinə götürdü. Mən də əminəm ki, bunlara əməl ediləcək”. 
Bəs nə dəyişdi ki, Ermənistan idman federasiyaları bir-birinin ardınca Bakıya gəlməkdə imtina etdilər? 
Zənnimizcə, bu, iki mühüm amillə bağlı ola bilər. Birinci səbəb Ermənistan Milli Olimpiya Komitəsinin prezidenti Qaqik Tsarukyanın Serj Sərkisyanla münasibətlərinin son dərəcə pisləşməsidir. 
Belə ki, Sərkisyan ötən ay həm də Çiçəklənən Ermənistan Partiyasının sədri olan Qaqik Tsarukyanı Milli Təhlükəsizlik Şurasının iclasından qovub və dərhal da onun bu quruma üzvlüyünün ləğv olunması haqqında fərman imzalayıb. “Milli Təhlükəsizlik Şurası kinoteatr deyil ki, kim nə vaxt istəsə gəlsin”, deyə, Sərkisyan həmin iclasda bildirmişdi. Hakim Respublika Partiyasının iclasında isə xalqın ona “Tupoy Qaqo” ləqəbini təsadüfən vermədiyini demiş və MOK prezidentini aşağılamışdı.  
  
Qaqik Tsarukyan isə Sərkisyana cavab olaraq bildirmişdi ki, Ermənistanda hakimiyyət dəyişikliyinin vaxtı çatıb və bu hədəf uğrunda ölkənin bütün əsas siyasi qüvvələri birləşib.
Tsarukyan demişdi ki, Sərkisyanın hakimiyyəti dövründə Ermənistanda iqtisadiyyat biabırçı səviyyədə geriləyib, investisiyalar kəskin azalıb, yoxsulluq artıb, ancaq əvəzində prezidentin öz biznesi sürətlə inkişaf edib: “Ölkəni dəhşətli miqrasiya bürüyüb, maliyyə vəziyyəti laxlayıb. Bütöv kəndlər, insanların evləri və əmlakı banklarda girov qoyulub. 
Qarabağda və Ermənistan-Azərbaycan sərhədində gərginlik artıb və hər gün itki xəbərləri gəlir. Türkiyə və Azərbaycan o qədər arxayınlaşıblar ki, Ermənistan haqda saymazyana danışırlar. AŞ PA sessiyasında Sərkisyanın kazinoda uduzduğu milyonlardan söz açılır”. 
Tsarukyan prezidenti Ermənistanı talamaqda ittiham edərək onu hədələməkdən belə çəkinməmişdi: “Hakimiyyət dəyişəndən sonra indiki hakimiyyətdəki bir-iki adam xalqdan oğurladıqları milyardları geri qaytarmağa məcbur olacaq”.
Amma mart ayının əvvəlində Tsarukyan Sərkisyanın terror hədələri qarşısında geri çəkilərək siyasətdən və partiya sədrliyindən getdiyini bəyan etdi. Qeyd edək ki, Sərkisyan istəsə belə indilikdə Tsarukyanı MOK prezidenti vəzifəsindən çıxara bilməz. Çünki bu, müstəqil beynəlxalq quruma bağlıdır. Ehtimal etmək olar ki, Tsarukyan Ermənistanın və onun düşmənçilik etdiyi prezidentinin dünyada onsuz da bərbad olan imicini nəzarətində olduğu və onun maliyyəsi ilə yarışlara gedən idmançıları Bakıya göndərməkdən imtina etməklə daha da batırmaq istəyir.        
Ermənistan idmançılarının Bakıya gəlməkdən imtina etməsinin ikinci səbəbi Ermənistandakı hazırkı böhranla da bağlı ola bilər. Ermənistanın öz daxilində vəziyyət kifayət qədər mürəkkəbdir. Belə vəziyyətdə hakim qüvvələrin köməyinə adətən diqqəti yayındırmağa yönəlik xarici amillər gəlir. Bakıda keçiriləcək Avropa Yay Oyunlarına Qarabağ kartından yararlanıb hansısa formada əngəl yaratmaq bu xüsusda rəsmi İrəvanın karına gələ bilərdi. 
Bakıdakı beynəlxalq yarışı pozmaq, yaxud onun effektini azaltmaq və ya ölkəmizə təşrif buyuracaq əcnəbilərdə təhlükəsizliklə ilgili tərəddüdlər yaratmaq üçün düşmən tərəfinin iyuna kimi cəbhə xətti boyu artan intensivliklə təxribatlar törədəcəkləri mümkün görünür. Son günlər təkcə Qarabağ  bölgəsində yox, Ermənistan-Azərbaycan sərhədində erməni diversiya qruplarının fəallaşması rəsmi İrəvanın məkrli niyyətlərindən xəbər verir. Aydındır ki, yaxın müddətdə müharibə risklərinin artması Bakı üçün arzuolunmazdır. Məhz bu səbəbdən də Azərbaycan və Türkiyənin son aylar intensivləşən birgə hərbi təlimləri Ermənistanın belə bir xain niyyətini önləmək baxımından mühüm dəyərləndirilir. 
Ermənistan idmançılarının yarışlarda iştirak etməməsi ilk Avropa Oyunlarının təşkilinə xələl gətirməyəcək. Əksinə, özünün işğalçı mahiyyəti ilə dünyada izolyasiya edən Ermənistan idmançılarının üzünə də beynəlxalq arenaları bağladacaq...    
“Yeni Müsavat”

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam