Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

İrəvan Maydana doğru gedir

 

74004

Qonşu respublikada baş verənlər bu ölkəni addım-addım xaosa aparır

    "Xeberinfo.com": “Çiçəklənən Ermənistan” partiyasının lideri, ölkənin ən iri biznesmenlərindən biri Qaqik Tsarukyan ölkə prezidenti postuna öz namizdəliyini irəli sürməyə hazırdır. Bu barədə o jurnalistlərlə görüşündə deyib.

“Mənim prezidentliyə namizəd görmək istədiyim 5 şəxs var. Bunlar çox ləyaqətli insandırlar və Ermənistanı qaldıra bilərlər. Əgər xalq onlardan birinin namizədliyini dəstəkləsə onda məndə mütləq onu dəstəkləyəcəm. Əgər mənim namizədliyim irəli sürülsə, buna da hazıram. Söz verirəm ki, bir neçə ay ərzində dövlət doğru relsə düşəcək”.

Namizəd ümumerməni etiraz aksiyalarında da iştirak edəcəyini deyib. Qeyd edək ki, müxalifətin əsas tələbi hakimiyyətin dəyişməsidir.

Eksperlərin fikrincə, hakimiyyətin dəyişməsi bu günki günlə bitməyəcək. Bu çox uzun proses olacaq. Burada hakimiyyət özü müdriklik göstərməlidir. Təəssüf ki, bu cəhət də hakimiyyətdə yoxdur və baş verənlər ermənilərin Maydanı ilə nəticələnə bilər.

Əlavə edək ki, Serj Sarkisyanın hakim partiyası Qaqik Tsarukyanın çıxışını şərh etməkdən imtina edib. 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam