Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Milli Məclisin növbədənkənar sessiyasının sonuncu plenar iclası keçiriləcək-Sabah



İclasda “Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsi haqqında” qanun layihəsi də müzakirəyə çıxarılacaq© Report

Yenixeber.org: Sabah - iyunun 29-da Azərbaycan Milli Məclisinin növbədənkənar sessiyasının sonuncu plenar iclası keçiriləcək.

İclasın gündəliyinə 39 məsələ daxildir.

Bunlar “Polis haqqında”, “İnformasiya əldə etmək haqqında”, “İcarə haqqında”, “İcra məmurları haqqında”, “Hərbi vəzifə və hərbi xidmət haqqında”, “Dövlət qulluğu haqqında”, “Siyasi partiyalar haqqında”, “Feldyeger rabitəsi haqqında”, “Yol hərəkəti haqqında”, “İcra haqqında”, “Məhkəmə-Hüquq Şurası haqqında”, “Büdcə sistemi haqqında”, “Notariat haqqında” və s. qanunlara, o cümlədən Cinayət, İnzibati Xətalar, Cinayət Prosessual, İnzibati Prosessual, Cəzaların İcrası, Mülki, Vergi məcəllələrinə dəyişiklik layihələridir.

İclasda “Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsi haqqında” qanun layihəsi də müzakirəyə çıxarılacaq.

Deputatlar yeni hazırlanan “Məşğulluq haqqında” (üçüncü oxunuş), “Azərbaycan Respublikasında dövlət daktikloskopik və genom qeydiyyatı haqqında” (üçüncü oxunuş), “Azərbaycan Respublikası Hesablama Palatası haqqında” (üçüncü oxunuş) qanun layihələrini də müzakirə edəcəklər.

Plenar iclasda “Azərbaycan Respublikası vətəndaşının yeni nəsil şəxsiyyət vəsiqəsinin tətbiqi ilə əlaqədar bəzi qanunlara dəyişikliklər edilməsi haqqında” qanun layihəsinə də baxılması nəzərdə tutulur.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam