Redaktor seçimi
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurmasında YENİ DETALLAR 
Murad Süleymanov susur – Baş həkim(?) Elnarə Canlının ali tibbi təhsili varmı? -
Fermer kartlarından mənimsənilən milyonlar - Vəzifəli şəxslər və saxta terminallar -
Xüsusi Təyinatlı Yol idarəsində xüsusi rejim:
Qida təhlükəsizliyi üzərində qanunsuz “İctimai Şura” eksperimenti - Açıq şəkildə saxtakarlıq/
Anar Əlizadə haqqında ŞOK FAKTLAR - Yarım milyonluq saat, İstanbuldakı mülklər və Adnan Əhmədzadə ilə... /
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin “sehrli” qrant mexanizmi: İrəvan var, Gəncə yox(?) -
Salyanın keçmiş imperatorunun oğlu Rumıniyanı satın aldı -
Günün xəbəri

“Ərəb-İran qarşıdurması yaxın iki ayda davam edəcək”

 

“Bu, İranın cavab addımına yönəlmiş təxribatdır”

"Xeberinfo.com":  Məlumata görə, bu sözləri Axar.az-a açıqlamasında ekspert Azər Qasımlı deyib. O, İsrail və Səudiyyənin hazırda İranın bölgədəki təsirinin daha da güclənməsindən ehtiyat etdiyini bildirib:

 

“Bu savaşı məzhəblərarası savaş kimi dəyərləndirmək lazımdır. Düzdür, hər ölkənin öz maraqları var. Ümumən isə geosiyasi maraqlar və yaxud da regionda hər hansı bir müsəlman ölkələrinin maraqlarını ilk növbədə sünnilərlə şiələr arasındakı rəqabət kimi dəyərləndirməliyik. Aydın məsələdir ki, bu, İsrailin də işinə gəlmir. Çünki İran İsraili bir dövlət olaraq tanımır. On illərdir ki, İran-İsrail münasibətləri olduqca pisdir. Görünür, Səudiyyə Ərəbistanı İranı özündən çıxartmaq və daha radikal addım atmağa vadar etmək üçün Yəməndə bu qətliamı törədir. Bunu artıq açıq şəkildə demək lazımdır ki, müsəlmanın bir-birini öldürməsi qətliamdır. Çünki Yəməndəki hadisələr ölkənin daxili işidir. Yəni qardaş savaşı, vətəndaş savaşı gedir. Heç bir ölkə buna əslində müdaxilə etməməli idi. BMT-nin bununla bağlı heç bir qərarı da olmayıb. Ona görə də Səudiyyə Ərəbistanının və digər ölkələrin Yəmənə müdaxiləsi beynəlxalq hüquqa ziddir və bilavasitə daha çox İrandan cavab alınmasına yönəlmiş bir provokasiyadır”.

 

“Danışıqlar getdiyi zaman İran tərəfindən hər hansı bir hərəkət - Yəmənə açıq yardım və ya məsələyə müdaxilə olarsa, aydındır ki, Qərblə, ilk növbədə isə ABŞ-la İran arasında münasibətlər daha da gərginləşəcək”, - deyə ekspert bildirib.

 

O bu müdaxilənin danışıqlar prosesinə ciddi mənfi təsir göstərəcəyini deyib:

 

“Hazırda bölgədə İranın hissləri ilə oynayırlar. Qarşıda proseslərin necə olacağını demək hər nə qədər çətin olsa da, hesab edirəm ki, iyun ayına qədər İsrail, Səudiyyə Ərəbistanı və digər ölkələr tutduqları bu yolu davam etdirəcəklər. Ancaq anlaşma olacağı təqdirdə çox güman ki, geri çəkilmək məcburiyyətində qalacaqlar”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam