Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Avropa İttifaqı sonuncu kreditini verir-Yunanıstana

Avropa İttifaqı Yunanıstana sonuncu kreditini verir
Avropa sabitlik mexanizminin Yunanıstana maliyyə yardımı proqramı çərçivəsində verəcəyi sonuncu kredit paketi 15 milyard avro olacaq.

Yenixeber.org: “İzvestiya” bildirir ki, bu barədə Avroqrupun rəhbəri Mario Senteno keçirdiyi mətbuat konfransında deyib.
Bildirib ki, Avropa İttifaqı Yunanıstanın aldığı borcları ödəməsinin asanlaşdırılması üçün kredit müddətini daha 10 ilə uzatmaq barədə razılığa gəlib. Sentenonun sözlərinə görə, Yunanıstanı böhrandan xilasetmə proqramı 20 avqustda başa çatacaq. Proqram bitəndən sonra ölkənin öz ayaqları üzərində dura bilməsi üçün Afinaya sonuncu kredit yardımı – 15 milyard avro veriləcək.

Qeyd edək ki, Avropa İttifaqı ümumilikdə Yunanıstana 141,8 milyard avro maliyyə yardımı ayırıb. İttifaq Yunanıstana kreditləri 30 ildən çox müddətə verib. Onun 130 milyarddan çoxunu Afina hələ də geri qaytarmayıb. Lakin ayrılan kömək sayəsində Afina 315 milyard avroluq dövlət borcunun az bir qismini ödəyə bilib. 

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam