Redaktor seçimi
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurmasında YENİ DETALLAR 
Murad Süleymanov susur – Baş həkim(?) Elnarə Canlının ali tibbi təhsili varmı? -
Fermer kartlarından mənimsənilən milyonlar - Vəzifəli şəxslər və saxta terminallar -
Xüsusi Təyinatlı Yol idarəsində xüsusi rejim:
Qida təhlükəsizliyi üzərində qanunsuz “İctimai Şura” eksperimenti - Açıq şəkildə saxtakarlıq/
Anar Əlizadə haqqında ŞOK FAKTLAR - Yarım milyonluq saat, İstanbuldakı mülklər və Adnan Əhmədzadə ilə... /
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin “sehrli” qrant mexanizmi: İrəvan var, Gəncə yox(?) -
Salyanın keçmiş imperatorunun oğlu Rumıniyanı satın aldı -
Günün xəbəri

“Cəbhə xəttində cəsədlərin axtarışı hələ davam edəcək”

esger ermeni cebhe

 

Qondarma rejimin nümayəndəsi erməni hərbçilərin cəsədlərinin yığılıb qurtarmadıqlarını deyib.

 

Xeberinfo.com:   Təmas xəttində cəsədlərin axtarılması və mübadiləsi hələ 1-2 gün də davam edəcək. Anspress-in məlumatına görə, bu barədə qondarma rejimin nümayəndəsi bildirib.

“Bəli, bu gün də axtarış həyata keçiriləcək və tam başa çatmayanadək davam edə bilər”, – deyə David Babayan bildirib.
Onun sözlərinə görə, cəsədlərin çoxu neytral zonada, bəzən düz cəbhə xəttindədir. “Ona görə də əlavə təhlükəsizlik tədbirləri lazımdır ki, müvafiq qurumlar həmin cəsədləri götürə bilsinlər”, – deyə Babayan əlavə edib. Bununla da qondarma rejimin nümayəndəsi itkilərinin sayının açıqladıqları rəqəmlərdən dəfələrlə çox olduğunu etiraf etmiş olub.
O həmçinin qeyd edib ki, hazırda cəsədlərin sayı, adları haqqında heç bir məlumat açıqlanmır. 1-2 gün də davam edən axtarışlardan sonra tam siyahı verilə bilər.
Ötən gün saat 15:00-dan aprel ayının 2-dən başlayaraq 5-dək davam edən Azərbaycanın işğal edilən ərazilərində aparılan döyüşlər nəticəsində döyüş meydanında qalmış meyitlərin götürülməsi prosesinə başlanılıb.
Bu məqsədlə Beynəlxalq Qırmızı Xaç Komitəsinin maşınları təmas xəttinə gedib. ATƏT-in Bakı Ofisi və Beynəlxalq Qırmızı Xaç Komitəsinin vasitəçiliyi ilə 15.00-dan 20.00-dək döyüş meydanında qalmış hər iki tərəfin hərbi qulluqçularının meyitlərinin götürülməsi prosesi həyata keçirilib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam