Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

“Azərbaycan nəqliyyat infrastrukturuna 25 milyard dollar yönəldib”

Abidddd

 

“Son illər ərzində Azərbaycanda nəqliyyat infrastrukturunun inkişafına 25 milyard ABŞ dolları yönəlib”. 

 

Xeberinfo.com:  Gununsesi.info-nun məlumatına görə, bu haqda baş nazirin müavini Abid Şərifov Dəmir Yolları Əməkdaşlıq Təşkilatına üzv olan ölkələrin Nazirlər Kabinetinin 44-cü sessiyasında çıxışında deyib. A. Şərifov qeyd edib ki, prezidenti İlham Əliyev ölkədə nəqliyyat infrastrukturunun inkişafına olduqca böyük əhəmiyyət verir: “Son illər ərzində nəqliyyat infrastrukturunun inkişafına 25 milyard ABŞ dolları yönəlib. Bu vəsait hesabına Bakı Beynəlxalq Dəniz Ticarət Limanının, 1000 kilometrdən artıq beynəlxalq əhəmiyyətli avtomobil yollarının, dəmir yollarının rekonstruksiyası və tamamilə yenilənməsinə xərclənib” – , deyə o bildirib. Onun sözlərinə görə, Azərbaycan hökuməti Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizinin inkişafına olduqca böyük əhəmiyyət verir. A. Şərifov bildirib ki, Bakı-Tbilisi-Qars layihəsinin icrası da bu il başa çatacaq. Rusiyanın nəqliyyat naziri Maksim Sokolov isə çıxışında təşkilata üzv olan ölkələri əlaqələri genişləndirməyə çağırıb: “Bu, universal bir meydandır. Bu meydandan istifadə edərək biz iqtisadi inkişafımızı sürətləndirə bilərik. Təbii ki, infrastrukturumuzun inkişafı da qarşımızda duran əsas məsələlərdəndir və biz bu tapşırığın öhdəsindən gəlməliyik”. “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov isə çıxışında Azərbaycanın hazırda bu sahədə reallaşdırdığı layihələrdən danışıb. Tədbir müzakirələrlə davam edib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam