Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Parlament qanuna dəyişiklik etdi

Parlament qanuna dəyişiklik etdi: Azərbaycan polisi elektroşok ilə silahlanacaq

 

 

     "Xeberinfo.com": Milli Məclisdə “Polis haqqında” Qanuna əlavə və dəyişikliklərin edilməsi nəzərdə tutan layihə müzakiər olunub. Qanuna edilən dəyişikliyə əsasən polislərə elektroşok vasitələri saxlamaq, gəzdirmək və təyinatı üsrə istifadə etmək hüququ verilir.
 
    Ancaq elektroşok vasitələrdən qanunvericilikdə nəzərdə tutulan hallarda istifadəyə yol verilir. Elektroşok vasitələrini saxlamaq, gəzdirmək və təyinatı üzrə istifadə etmək hüququ olan polis orqanlarının vəzifəli şəxslərinin siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
    Deputat Musa Qasımlı polisin adına xələl gətirən hansısa bəhanəyə imkan verməməyə çağırdı: “Bu gün bəzi mətbuat orqanlarında polisimizi gözdən salan yazıların verilməsini bəzi mərkəzlərdən gələn sifarişin məntiqi nəticəsi sayıram. Çünki polis dövlətin bel sütunudur”. 
    Çingiz Qənizadə dedi ki, iclasdan öncə bəzi mətbuat orqanları vahimə yaradan suallarla müraciət edirlər: “Qanunda var ki, xüsusi icazəsi olan polis əməkdaşları elektroşok gəzdirəcək, yəni bütün polislər gəzdirə bilməyəcək və bütün hallarda polis elektroşokdan istifadə edə bilməyəcək. Bu halda polis nə etsin? Məsələn, silahdan istifadə edəcək, digər vətəndaşlar zərər çəkəcək. Cinayəti törədən şəxslərin zərərsizləşdirilməsində polisin elektroşoklardan istifadə insan haqlarının posulması demək deyil. Biz beynəlxalq təcrübəyə də müraciət etmişik. Dünyanin inkişaf etmiş bir çox ölkəçlərində məhz elektroşoklardan istifadə edilir”. 
     Aqil Abbas isə dedi ki, Rusiyada, ya Avropada polisin səlahiyyətləri Azərbaycanda yoxdur: “ Rusiayda polis küçədə avtomatla gəzir. Bizdə bu, yoxdur, deməli, ictimai-siyasi sabitliklə bağlıdır”. 
    A.Abbas polisin xəbərdarlıq atəşi açdıqdan sonra cinayətkara atəş açması barədə qaydanı da doğru saymadı və qanunvericiliyə dəyişiklik edilməsini, polisə əlavə səlahiyyət verilməsini istədi. 
     Sahib Alıyev isə “polis deyərkən bizim gözümüzün önünə 2003-cü ildə meydanda ayaqlar altına atılmış körpəni xilas edib, ona nəfəs verən polis gözümüzün önünə gəlir” dedi. 
    S.Alıyev kəlbəcərli girovlarla bağlı kampaniyanın təşəbbüsçülərindən olduğunu dedi: “Sevindirici haldır ki, 80 mindən artıq soydaşımız bu kampaniyaya qoşuldu”. 
     Deputat Fransadakı görüş zamanı da prezidentin bu məsələni qaldırdığını dedi və Tərtər sakinlərinin, həmçinin bu rayonda yaşayan kəlbəcərlilərin təşəkkürünü çatdırdı.  
    Gövhər Baxşəliyeva daxili işlər nazir Ramil Usubovu müsbət xarakterizə edərək onun müraciətlərə daha operativ reaksiya verdiyini vurğuladı: “Ancaq mən bu dəyişikliyə səs verməyəcəyəm. Çünki mən elektroşokun təsiri haqqında çox filmlər görmüşəm və kitablar oxumuşam. Bu, anti-humanist tədbirdir. Cinayətkarın ayağından güllə vurmaq qat-qat elektroşok tədbirindən yüngüldür. Elektroşoka məruz qalan şəxs sabah həm mənəvi, həm də fiziki xəstə olacaq və cəmiyyət də bunu bağışlamayacaq”. 
     Qüdrət Həsənquliyev isə həmkarına cavab olaraq “elektroşokun tətbiqi humanizmdən qaynaqlanır” dedi: “Tutaq ki, hər hansı cinayətkarın əlində bıçaq var, ona ya silah tətbiq olunmalı, ya da elektroşokdan istifadə olunmalıdır. Hansı daha yüngül  metoddur?” 
      İclasda birinci vitse-spiker Ziyafət Əsgərovun sədrliyi ilə qanuna dəyişikliklər qəbul edildi.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam