Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Əmək Məcəlləsinə dəyişiklik edildi

 

millimeclis2_116

 

 

 

 

       Azərbaycanda əmək qanunvericiliyinin tələblərini pozan işəgötürənlərdən toplanan cərimələrin 25%-i müvafiq icra hakimiyyəti orqanı işçilərinin sosial müdafiəsinin gücləndirilməsinə və maddi-texniki bazasının yaxşılaşdırılmasına sərf ediləcək.

      "Xeberinfo.com": “APA-Economics” xəbər verir ki, bununla bağlı Milli Məclisin bu gün keçirilən iclasında “Əmək Məcəlləsində dəyişiklik edilməsi haqqında” və “Məşğulluq haqqında” qanuna dəyişiklik edilməsi haqqında” qanun layihələrinə dəyişikliklər edilib.

      Dəyişiklik barədə məlumat verən parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli deyib ki, qanunvericiliyə edilən dəyişikliyə əsasən, işəgötürənlərdən toplanan cərimələrin 25%-i müvafiq icra hakimiyyəti orqanının hesabına köçürüləcək. Bu vəsaitin istifadə qaydası isə müvafiq orqan tərəfindən müəyyən ediləcək.

   “Məşğulluq haqqında” qanuna edilən dəyişikliyə əsasən işçilərin ixtisarı barədə müvafiq icra hakimiyyəti orqanına azı 2 ay əvvəlcədən, vakansiya barədə ən geci 5 gün müddətində müvafiq icra hakimiyyəti orqanına məlumat verməyən, eyni zamanda müvafiq icra hakimiyyəti orqanının göndərişi, kvota üzrə işə qəbul edilənlər və işdən çıxarılanlar haqqında aylıq hesabatlar təqdim etməyən, müvafiq icra hakimiyyəti orqanı tərəfindən göndərilmiş əlilləri, sağlamlıq imkanları məhdud 18 yaşınadək şəxsləri və sosial müdafiəyə xüsusi ehtiyacı olan digər şəxsləri kvota üzrə müəyyən olunmuş iş yerlərinə qəbul etməyən işəgötürənlərin cərimələnməsindən toplanan vəsaitlərin 25%-i qeyd edilən məsələlərə sərf ediləcək.

    Qanunvericiliyə dəyişikliyin edilməsində məqsəd müvafiq icra hakimiyyəti orqanının işçilərinin sosial müdafiəsinin gücləndirilməsi və maddi-texniki bazasının yaxşılaşdırılmasıdır.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam