“Leyla Yunusun işi obyektiv aparılacaq”
"Leyla Yunusovanın cinayət işi ilə bağlı mütəmadi məlumatlar veririk. Azərbaycan ictimaiyyəti əmin olmalıdır ki, bu istintaqın tam obyektiv aparılması təmin olunacaq və nəticələri barədə əlavə məlumat veriləcək".
"Xeberinfo.com" Trend-ə isinadən xəbər verir ki, bunu Baş prokuror Zakir Qaralov deyib. Z.Qaralov bildirib ki, istinqatın ilk günündən bu şəxslər onların özlərinin tələb etdiyi vəkillə təmin olunub: "Vəkillə də hər gün, istənilən vaxt görüşürlər. Cinayət Prosessual Məcəlləsinə uyğun olaraq, hüquq və azadlıqları təmin olunur".
Baş prokuror Leyla Yunusovaya qarşı zorakılıq törədilməsi məsələsinə də aydınlıq gətirib: "Yaxınlarda mətbuatda guya Leyla Yunusovaya qarşı hər hansı zorakılıq törədilməsi barədə yayılanlar uydurma məlumatdır. Dərhal ekspertiza keçirilib, heç kəsə xəsarət yetirilməyib".