Redaktor seçimi
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurmasında YENİ DETALLAR 
Murad Süleymanov susur – Baş həkim(?) Elnarə Canlının ali tibbi təhsili varmı? -
Fermer kartlarından mənimsənilən milyonlar - Vəzifəli şəxslər və saxta terminallar -
Xüsusi Təyinatlı Yol idarəsində xüsusi rejim:
Qida təhlükəsizliyi üzərində qanunsuz “İctimai Şura” eksperimenti - Açıq şəkildə saxtakarlıq/
Anar Əlizadə haqqında ŞOK FAKTLAR - Yarım milyonluq saat, İstanbuldakı mülklər və Adnan Əhmədzadə ilə... /
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin “sehrli” qrant mexanizmi: İrəvan var, Gəncə yox(?) -
Salyanın keçmiş imperatorunun oğlu Rumıniyanı satın aldı -
Günün xəbəri

 "Rusiya ilə problemlər həll olunacaq"

3ecbb758002a28aaa127c9b57333f628

“Rusiya-Azərbaycan hökumətlərarası komissiyasının iclasını yüksək qiymətləndirirəm”.
"Xeberinfo.com":   APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu deyib.
Səfir bildirib ki, Dmitri Roqozinin komissiyanın həmsədri vəzifəsinə gətirilməsi ilə hökumətlərarası komissiya daha aktiv fəaliyyət göstərməyə başlayıb: “Bu gün demək olar ki, yubiley iclas baş tutdu. İclasda bir çox problemlər həll edildi”.
“Rusiya və Azərbaycan dost ölkələrdir. Ona görə də iki ölkə arasında olan bütün problemlər həll olunandır. Lakin yaranan məsələlərin həlli üçün müəyyən mexanizmlər olmalıdır, çünki həyat sürətlə irəliləyir və qarşımıza yeni tapşırıqlar qoyur. Bu üzdən də hökumətlərarası komissiya kimi mexanizmlər ölkələrimiz arasında münasibətlərin möhkəmlənməsində çox faydalıdır. Bu gün keçirilən iclasda İş Şurasının yaradılması təklif olunub. Bu şura Azərbaycan-Rusiya dostluğuna öz töhfəsini verəcək. Biz gələcəyə nikbin baxırıq”, – deyə səfir qeyd edib.
Regional əməkdaşlığın yüksək səviyyədə olduğunu söyləyən P. Bülbüloğlu bir müddət öncə Dağıstanda olduğunu və Dərbəndin 2000 illik yubileyi ilə əlaqədar keçirilən tədbirlərdə iştirak etdiyini bildirib: “Dağıstan qardaş regiondur. Orada çoxlu sayda azərbaycanlı yaşayır. Bir neçə gün öncə Heydər Əliyev Fondunun yardımı ilə Dərbənddə yeni məktəb istifadəyə verildi. Qonşularımızla münasibətlərimizin yaxşı olması əsasdır”.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam