Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

“Sovetski”dəki boş evlər narkomanların oylağına çevrilib"

“Sovetski”dəki boş evlər narkomanların oylağına çevrilib - FOTOLAR

 

 

“Sovetski”nin köçürülməsi məsələsi gündəmə gələndə bu ideyanı ikiəlli dəstəkləyənlər, ona haqq qazandıranlar da vardı. 
 
   "Xeberinfo.com": Arqumentləri də belə idi: “Bu evlər çox köhnədir, antisanitariya baş alıb gedir. Şəhərin ümumi görkəminə xələl gətirir. Sökülməsi daha yaxşı olar”.
Və “Sovetski”ni köçürməyə başladılar. Bu proses hələ bitməyib. İndi “Sovetski”dəki vəziyyət əvvəlkindən də betərdir. Qazılıb dağılmış yollar, uçurulmuş evlər, plansız, kor-koranə aparılan söküntü işləri, tör-töküntü, sahibsiz-sakinsiz qalan dalanlar, küçələr, zibil qalaqları, yiyəsizlik... - çox cansıxıcı mənzərə var.
Amma təkcə bunlar da deyil. Hazırda orada adamın canını sıxacaq daha ciddi məsələlər də var.
Virtualaz.org saytının bu köhnə məhəlləyə baş çəkən əməkdaşları bildirir ki, “Sovetski”də kompensasiya ilə razılaşan sakinlərin köçürülməsi hələ də davam edir, bu yöndə iş aparılır. Kvadratmetri 1500 manata razılaşan və köçən sakinlərin bəzilərinin evi artıq tamamilə sökülüb. Boşalan evlərin bəzilərinin isə nədənsə qapı və pəncərələri çıxarılıb, bir divarı, yaxud dam örtüyü uçurulub.
“Sovetski”də eləküçə və dalanlar var ki, orada hazırda ümumiyyətlə heç kim yaşamır, buralar artıq tam sahibsizdir, xarabalığı xatırladır. Bu da bir çoxlarının işinə yarayıb. Belə ki, bu yarıuçuq evlər, boş, sahibsiz məhəllələr narkomanların, əyyaş və bomjların oylağına çevrilib. Bunu sakinləri köçən həmin məhəllələrdəki boş evlərə baş çəkəndə də görmək olar. Orada qalaq-qalaq boş içki şüşələri, narkomanların istifadə etdiyi şprisləri görmək mümkündür.
Bu vəziyyətdən evlərindən hələ də köçməyən sakinlər də narahatdır. Onlar deyirlər ki, gecələr küçəyə çıxmaqdan ehtiyat edirlər.
Sakinlərin digər narazılığı antisanitariya ilə bağlıdır. Çünki yaşayış olan evlərə bitişik evlər sökülür və ya boşaladlır. Boşaldılan evlərin kanalizasiya xətləri də dağıdılır. Bu isə məhəllələrdə biabırçı mənzərə yaradıb. 7-8 ailənin məskunlaşdığı ikimərtəbəli binalarda tək yaşayan ailələr də var. Necə deyərlər, onlar xarabalığın ortasında qalıblar.
Başqa bir təhlükə isə boş evlərdən zibilxana, zibil qutusu kimi istifadə olunmasıdır. Bu vəziyyət “Sovetski” küçələrində idbar vəziyyət yaradıb. Baş çatladan üfunətdən sakinlər də narazıdır. Zibilliyə çevrilən evlərə bitişik həyətlərdə yaşayan sakinlər buna etiraz etsələr də nəticəsi yoxdur. Kimin əlinə nə gəldi, boş həyətlərə atır.
Xatırladaq ki, “Sovetski”də 10 mindən artıq yaşayış evi var. Yasamal Rayon İcra Hakimiyyəti başçısının birinci müavini, Yasamal RİH nəzdində yaradılmış Köçürmə Komissiyanın sədri Səməd İslamovun verdiyi son məlumata görə, artıq 2400 ailə müəyyən edilmiş şərtlərlə evlərinin söklüməsinə razılıq verib.
Bu 2400 evin hər biri “Sovetski”nin müxtəlif küçəsindədir. Söküntü işləri isə plansız şəkildə aparılır. Digər evlərin təhlükəsizliyi və yuxarıda qeyd etdiyimiz sonradan yarana biləcək problemlər nəzərə alınmır...

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam