Redaktor seçimi
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurmasında YENİ DETALLAR 
Murad Süleymanov susur – Baş həkim(?) Elnarə Canlının ali tibbi təhsili varmı? -
Fermer kartlarından mənimsənilən milyonlar - Vəzifəli şəxslər və saxta terminallar -
Xüsusi Təyinatlı Yol idarəsində xüsusi rejim:
Qida təhlükəsizliyi üzərində qanunsuz “İctimai Şura” eksperimenti - Açıq şəkildə saxtakarlıq/
Anar Əlizadə haqqında ŞOK FAKTLAR - Yarım milyonluq saat, İstanbuldakı mülklər və Adnan Əhmədzadə ilə... /
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin “sehrli” qrant mexanizmi: İrəvan var, Gəncə yox(?) -
Salyanın keçmiş imperatorunun oğlu Rumıniyanı satın aldı -
Günün xəbəri

“Sovetski”də sahəsi az olan evlərin taleyi

 

  Baş nazirin müavini Abid Şərifov Bakının “Sovetski” məhəlləsində sahəsi kiçik olan evlərlə bağlı məsələyə aydınlıq gətirib.
   "Xeberinfo.com": Məlumata görə, A.Şərifov açıqlamasında bildirib ki, bu məsələ hökumətin gündəmindədir: “Sadəcə, “Sovetski” məhəlləsində inventarlaşma prosesinin başa çatması gözlənilir”.
  Qeyd edək ki, martın 3-də “Sovetski” məhəlləsinin köçürülməsi ilə bağlı yaradılmış Köçürmə Komissiyası və “Sovetski” məhəlləsinin sakinlərinin yaratdığı 7 nəfərlik Təşkilat Komitəsinin üzvlərinin görüşündə A.Şərifov deyib ki, köçürmə ilə bağlı hökumətin 1 kv. m üçün 1500 manat təklifi qüvvədə qalacaq. O, mənzilinin sahəsi az olan, veriləcək pula yeni mənzil alması mümkün olmayan sakinlərlə bağlı da düşündüklərini və hökumətin bu məsələni nəzərə alacağını bəyan edib.
 
A.Şərifov APA-ya açıqlamasında “Sovetski” məhəlləsində inventarlaşma prosesinin bir aya-ayyarıma başa çatacağını gözlədiklərini söyləyib: “Bakının “Sovetski” məhəlləsində sahəsi kiçik olan evlərlə bağlı məsələ təxirə düşməyib. İnventarlaşma prosesi başa çatandan sonra Maliyyə Nazirliyi, Bakı Şəhər İcra Hakimiyyəti, Yasamal Rayon İcra Hakimiyyəti ilə bir araya gəlib, sahəsi kiçik olan evlərlə bağlı təklif hazırlayacağıq”.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam