Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

“Artıq camaatı axışır ki, pulumuzu verin, köçürük”

 

 

      “Köçmək üçün müraciət edən “Sovetski” sakinlərindən 110 nəfər artıq pulunu alıb”.

        Bunu açıqlamasında Yasamal Rayon İcra Hakimiyyətinin başçısı İbrahim Mehdiyev deyib.

    "xeberinfo.com": Onun sözlərinə görə, indiyədək pulları ödənilmiş sakinlərdən 20-nin evi sökülüb, 15 evin də bir neçə günə sökülməsi nəzərdə tutulub: “Bir aydan sonra, pulları ödənilmiş digər sakinlər də özlərinə ev tapdıqdan sonra onların da evlərini sökəcəyik. Artıq “Sovetski” məhəlləsindəki camaat Yasamal Rayon İcra Hakimiyyətinə axışır ki,  pulumuzu verin, köçürük. Hər gün ən azı 25-30 nəfər müraciət edir. Ümumiyyətlə, hazırda 150 nəfər növbədə dayanıb. Bu gün komissiya onların da müraciətlərinə baxacaq və sənədlər banka təqdim olunacaq ki, onların da pulları verilsin. İşimiz yaxşı gedir, camaat da razılıq edir”.

       İ.Mehdiyev evlərinin sahəsi az olan “Sovetski” sakinləri ilə bağlı məsələnin hazırda Nazirlər Kabinetində müzakirə olunduğunu qeyd edib: “Nazirlər Kabineti hələ bununla bağlı bizə təklif təqdim etməyib. Güman edirəm ki, dövlətimiz bu məsələyə müsbət rəy verəcək. Camaatımız narahat olmasın, prezident bu məsələyə çox humanist yanaşır. Humanist yanaşmasaydı, bu məsələ də gündəmə gətirilməzdi”.     

    Qeyd edək ki, “Sovetski” məhəlləsində söküləcək evlərdə 1 kv. m üçün 1500 manat təklif olunub. Sakinlərin bir qrupu bu məbləğlə razılaşmır.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam