Redaktor seçimi
Həmkarlar İttifaqında qərar verən əsas güc- NİGAR VAHABZADƏ KİMDİR?-
GENERAL MEHDİYEV - GÖMRÜKDƏN BİZNESƏ... - DGK-nın keçmiş şefi necə “uğurlu biznesmen” oldu? +
Fuad Muradovun "adamı" Azərbaycanı "diktatura rejimi" adlandırdı -
Bakını "Qəzza zolağına çevirən" kimlərdir(?)!: “Şamaxılı Cavid”ə "DUR" deyin...-
Əmlak Məsələləri Dövlət Xidməti “Qobu əməliyyatı”na hazırlaşır:
“Əcəmi”də “can bazarı”:
Heydər Əliyevin posterini sökdürən Vüqar Sədiyev bu qədər sərvəti hansı məmurun hesabına əldə edib? -
TALIBOVLAR SƏRVƏTLƏRİNƏ SƏRVƏT QATIRLAR – Məhərrəm Talıbovun oğullarının dəbdəbəli həyatı.../
Günün xəbəri

Apellyasiya məhkəməsi Xədicə İsmayılı həbsdə saxlayıb

 

Bu gün Bakı Apelyasiya Məhkəməsində həbsdə olan jurnalist Xədicə İsmayılovanın barəsində seçilmiş həbs-qətimkan tədbirinin müddətinin uzadılması barədə qərardan verilən apelyasiya şikayətinə baxılıb

"Xeberinfo.com":  X. İsmayılovanın vəkili Fariz Namazlının APA-ya verdiyi məlumata görə, prosesdə qərar elan edilib, şikayət təmin edilməyib. Baş Prokurorluğun mətbuat xidmətinin X. İsmayılovanın həbsi ilə bağlı yaydığı məlumatda bildirilir ki, “Azadlıq" radiosu və “Meydan TV” teleradio şirkətində müxbir vəzifəsində işləmiş Tural Mustafayevin oktyabrın 20-də Dənizkənarı Milli Parkda “Sink oksid” dərmanı qəbul edərək özünü öldürməyə cəhd etməsi faktına görə Səbayel Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb.
T. Mustafayev Baş Prokurorluğuna müraciət edərək həmin KİV-də işlədiyi müddətdə “Azadlıq" radiosunun Bakı ofisində jurnalist işləyən və onunla uzun müddət yaxın münasibətlərdə olmuş İsmayılova Xədicə Rövşən qızı tərəfindən ona qarşı təzyiq və təqiblər edilməsi, mütəmadi olaraq şərəf və ləyaqətinin alçaldıldığına görə özünü öldürmə həddinə çatdırılması ilə əlaqədar barəsində müvafiq tədbirlərin görülməsini xahiş edib. İstintaqla həmçinin müəyyən edilib ki, T. Mustafayev X. İsmayılova tərəfindən təhdid və təzyiqlərə məruz qaldığından vəziyyətdən çıxış yolu kimi 2014-cü il 1 may tarixdə Bakı şəhərində kirayədə yaşadığı mənzildə mələfədən düzəltdiyi ilgəklə özünü asma yolu ilə öldürməyə cəhd edib, lakin özündən asılı olmayan səbəbə görə niyyəti baş tutmayıb. Səbayel Rayon Məhkəməsinin 5 dekabr tarixli qərarı ilə X. İsmayılova barəsində 2 ay müddətinə həbs-qətimkan tədbiri seçilib. Həmin müddət yanvarın 27-də 2 ay uzadılıb. Apelyasiya şikayəti isə həmin qərardan verilib.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam